Taksi sürücüsü olmaq istəyənlər bu tarixdə imtahan verəcək - Xəbərdarlıq
22-08-2024 [11:47]
Dövlət İmtahan Mərkəzi (DİM) 1 iyul 2024-cü il tarixindən sonra xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün avqustun 25-də imtahan keçirəcək.
Mia.az DİM-ə istinadla bildirir ki, imtahanda iştirak etmək üçün 1415 nəfər qeydiyyatdan keçib. Kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov küç., 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda saat 10:00 və 13:00 olmaqla, 2 növbədə keçiriləcək və 1 saat davam edəcək. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.
İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti: nələr müzakirə olunub?
Siyəzəndə avtomobil yanıb, iki uşaq ölüb
Mehriban Əliyevadan təyyarə qəzasıyla bağlı paylaşım - FOTO
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır - Yeni sədrin imzasıyla
Afrika Millətlər Kuboku: hansı komandalar qalib gəlib?
Ankarada FETÖ üzvləri tutulub
İstanbulda əməliyyat: terrora hazırlaşan 115 İŞİD üzvü saxlanılıb
Prezident bir il əvvəl qəzaya uğrayan AZAL-ın təyyarəsi ilə bağlı paylaşım etdi - FOTO
Azərbaycanın valyuta ehtiyatları artıb - 84 milyard dolları ötüb
Azərbaycan nefti bahalaşdı
QARABAĞA KÖÇ DAVAM EDİR
Ağdam şəhərinə 308 nəfər köçürülüb
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident ad günündə ailə üzvləri ilə bir arada - FOTOLAR
21 ilin kollec direktoru vəzifəsindən azad olunub
8 ildir axtarılan FETÖ üzvü qardaşının şəxsiyyət vəsiqəsiylə tutulub
"Fənərbağça" prezidenti saxlanıldı - Narkoticarət ittihamı ilə
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Sadır Japarov İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Volkan Dəmirəl "Antalyaspor"la anlaşıb, lakin...
Müğənninin ölümündə "əl"i olan qızını həbsxanada döyüblər
MHP lideri liderindən diqqətçəkən açıqlama: "Qəza düşündürücüdür..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir
Tanınmış neyrocərrah Rəşid Musayevin 84 yaşı tamam olur
2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… - VİDEO
Ərdoğan İlham Əliyevə zəng edib
Daha iki kollecdə təyinat olub
İsrail prezidenti İlham Əliyevə zəng edib
Leysan və qar yağacaq - Xəbərdarlıq
Sumqayıtda yenə qaz olmayacaq
Xankəndidə Zəfər parkı açıldı - İlham Əliyev tərəfindən + FOTOLAR
Daha bir bloger narkoman çıxdı - FOTOLAR
Qəzza yenə bombalanıb - Bir nəfər ölüb, yaralılar var
Tokayev İlham Əliyevə zəng edib