LUKAŞENKODAN QƏRBƏ VƏ İRƏVANA MESAJ: "...III Dünya Müharibəsi başlayacaq" - "Ermənilər bizdən başqa kimə lazımdır ki..."
21-08-2024 [09:42]
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın dövlət televiziyası “Rossiya” kanalına maraqlı müsahibə verib.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, o, müsahbəsinə gündəmlə bağlı, o cümlədən Ukrayna ilə savaş, Qərbin mövqeyi və Ermənistan Baş naziri Paşinyanın siyasəti haqda olduqca mühüm fikirlər səsləndirib.
Əvvəlcə Ukrayna ilə bağlı sualları cavablandıran Lukaşenko deyib ki, Ukrayna PUA-larla zaman-zaman ölkəsinin hava məkanını pozub: "Bu dəfələrlə baş verib. Sonra onlar helikopeterlə sərhədimizi pozdu və o vurulmaqla sərt cavab verdik. Bundan sonra Ukraynadan gələ biləcək təhdidlərə qarşı lazımi tədbirləri gördük, Belarus-Ukrayna sərhədinə mina və əlavə hərbi qüvvələr yerləşdirdik".
NATO-nun Ukraynaya qoşun yeritmə ehtimalını dəyərləndirən Lukaşenko suala cavabda Qərbi, NATO-nu açıq şəkildə hədələyib: "Əgər NATO Ukraynaya əsgərlərini göndərsə, Üçüncü Dünya Müharibəsi başlayacaq. Dəhşətli olacaq. Çünki həm taktiki, həm də strateji nüvə silahlarından istifadə olunacaq. Ani, dəhşətli reaksiya olacaq. Əlbəttə, biz vəziyyətin gərginləşməsini, NATO ilə müharibə istəmirik. Ancaq bunu etsələr, başqa seçimimiz olmayacaq. Çünki qırmızı xətt olmayacaq. Bizim yalnız bir xəttimiz var - dövlət sərhəddi! Onlar sərhədə ayaq basan kimi cavab sərt olacaq”.
Lukaşenko Ukrayna ordusunun avqustun 6-da Rusiya ərazisinə - Kursk vilayətinə daxil olmasını da kobud səhv sayıb: "Ukrayna vəziyyəti gərginləşdirir. Belə davam edərsə, bu gərginlik Ukraynanın yox olmasına səbəb olacaq. Bu səbəbdən Rusiya və Ukrayna sülh danışıqlarına yenidən başlamalıdır. Düzdür, müharibə başlayandan bəri çox şey dəyişib. Ancaq 2022-ci ilin martında İstanbuldakı razılaşma əsasında yenidən danışıqlar başlaya bilər. Belə bir fürsət var".
Luakşenko daha sonra Ermənistanın Qərbə meylli siyasətindən danışıb: "Ermənistanın son zamanlar Qərblə yaxınlaşma siyasəti yürütdüyü, əlbəttə, xoş deyil. Axı, ermənilər bizdən başqa kimə lazımdır? Onlar heç kimə lazım deyil. Ermənilər öz iqtisadiyyatlarını inkişaf etdirməli və sahib olduqlarına diqqət etməlidirlər. Hansı Fransa, hansı Makron? ( Fransa prezidentini nəzərdə tutur - Mia.az). Makron sabah olmayacaq və hamı Ermənistanı unudacaq".
Aleksandr Lukaşenko sonda bildirib ki, MDB ölkələri fövqəladə hallarda Rusiya və Belarusa yardım üçün müraciət ediblər.
Samir MUSAYEV
MİA.AZ
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti: nələr müzakirə olunub?
Siyəzəndə avtomobil yanıb, iki uşaq ölüb
Mehriban Əliyevadan təyyarə qəzasıyla bağlı paylaşım - FOTO
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır - Yeni sədrin imzasıyla
Afrika Millətlər Kuboku: hansı komandalar qalib gəlib?
Ankarada FETÖ üzvləri tutulub
İstanbulda əməliyyat: terrora hazırlaşan 115 İŞİD üzvü saxlanılıb
Prezident bir il əvvəl qəzaya uğrayan AZAL-ın təyyarəsi ilə bağlı paylaşım etdi - FOTO
Azərbaycanın valyuta ehtiyatları artıb - 84 milyard dolları ötüb
Azərbaycan nefti bahalaşdı
QARABAĞA KÖÇ DAVAM EDİR
Ağdam şəhərinə 308 nəfər köçürülüb
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident ad günündə ailə üzvləri ilə bir arada - FOTOLAR
21 ilin kollec direktoru vəzifəsindən azad olunub
8 ildir axtarılan FETÖ üzvü qardaşının şəxsiyyət vəsiqəsiylə tutulub
"Fənərbağça" prezidenti saxlanıldı - Narkoticarət ittihamı ilə
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Sadır Japarov İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Volkan Dəmirəl "Antalyaspor"la anlaşıb, lakin...
Müğənninin ölümündə "əl"i olan qızını həbsxanada döyüblər
MHP lideri liderindən diqqətçəkən açıqlama: "Qəza düşündürücüdür..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir
Tanınmış neyrocərrah Rəşid Musayevin 84 yaşı tamam olur
2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… - VİDEO
Ərdoğan İlham Əliyevə zəng edib
Daha iki kollecdə təyinat olub
İsrail prezidenti İlham Əliyevə zəng edib
Leysan və qar yağacaq - Xəbərdarlıq
Sumqayıtda yenə qaz olmayacaq
Xankəndidə Zəfər parkı açıldı - İlham Əliyev tərəfindən + FOTOLAR
Daha bir bloger narkoman çıxdı - FOTOLAR
Qəzza yenə bombalanıb - Bir nəfər ölüb, yaralılar var
Tokayev İlham Əliyevə zəng edib