COP29 üzrə Təşkilat Komitəsi toplandı: nələr müzakirə olunub? - FOTOLAR
16-08-2024 [19:35]
Avqustun 16-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin altıncı iclası keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Prezident İlham Əliyevin rəhbərliyi ilə COP29-a hazırlıq prosesinin bütün istiqamətlərdə davam etdiyini bildirib.
Təşkilat Komitəsinin sədri Prezident İlham Əliyevin iyulun 20-də 2-ci Şuşa Qlobal Media Forumunda COP29-la bağlı vacib tezislər səsləndirdiyini, dövlətimizin başçısının yanaşmasının inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulmasından ibarət olduğunu vurğulayıb.
Prezident Administrasiyasının rəhbəri Prezident İlham Əliyevin COP29 gündəliyimizi proqnozlaşdırıla bilən, aydın məqsədlərə və nəticələrə köklənmiş gündəlik kimi xarakterizə etməsinə diqqət çəkərək dövlət qurumlarının, COP29 heyətinin bundan sonra da var gücü ilə çalışmasının vacibliyini vurğulayıb.
Samir Nuriyev noyabrın 12-13-də keçiriləcək Liderlər Sammitinə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflərinə dəvətlər ilə bağlı tam inklüzivliyin təmin edildiyini bildirib.
Təşkilat Komitəsinin sədri Azərbaycanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında yeni maliyyə hədəfi üzrə mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün səmimi səylər göstərdiyini və bu xüsusda, iyulun 26-27-də müxtəlif ölkələrin nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində Şamaxıda qeyri-rəsmi məsləhətləşmələr kimi innovativ format təşkil etdiyini diqqətə çatdırıb.
Samir Nuriyev bildirib ki, Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanacaq “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni tam razılaşdırılıb.
Təşkilat Komitəsinin sədri Azərbaycanın COP29 təşəbbüslərinin geniş ictimaiyyətə açıqlandığını, COP atəşkəsi və İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması təşəbbüslərinin beynəlxalq müstəvidə daha çox diqqət çəkdiyini bildirib.
Samir Nuriyev Azərbaycan tərəfindən inkişaf etməkdə kiçik ada ölkələri üçün Texniki Yardım Fondunun yaradılmasına, “Azərkosmos” tərəfindən kiçik ada ölkələrində iqlim dəyişmələri üzrə layihələrin həyata keçirilməsinə dair anlaşma memorandumlarının avqust ayının sonlarında Millətlər Birliyi (Commonwealth) təşkilatı ilə imzalanacağı barədə məlumat verib.
COP29 Beynəlxalq Məşvərət Komitəsinin və COP 29 Elm Şurasının iclaslarına toxunan Samir Nuriyev hər iki təsisatın imkanlarından maksimum dərəcədə faydalanmağın vacibliyini qeyd edib.
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev COP29-la bağlı ümumi gedişat, müxtəlif ölkələrin nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində iyulun sonlarında Şamaxıda keçirilmiş qeyri-rəsmi məsləhətləşmələr, COP29 komandasının nəzərdə tutulan xarici səfərləri barədə məlumat verib.
Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Arif Səmədov COP29 çərçivəsində Liderlər Sammitinə hazırlıq barədə çıxış edib.
Daxili işlər naziri Vilayət Eyvazov COP29 zamanı ictimai təhlükəsizliyin təmin edilməsi tədbirləri barədə danışıb və bütün zəruri tədbirlərin həyata keçirildiyini deyib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29 zamanı nəqliyyatın təşkili, o cümlədən hava limanlarının qəbul imkanları barədə çıxış edib.
Sonra COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarainin COP29-un iqlim üzrə yüksək səviyyəli çempionunun fəaliyyəti barədə çıxışı dinlənilib.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev COP29-la əlaqədar dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti barədə məlumat verib.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri Nərmin Carçalova təşkilati-logistika məsələləri, Bakı Olimpiya Stadionunda aparılan işlər, “Mavi” və “Yaşıl” zonalar və orada tədbirlərin, pavilyonların təşkili barədə danışıb.
Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” ictimai birliyinin sədri Məryəm Məcidova qeyri-hökumət təşkilatlarının COP29-la bağlı fəaliyyəti barədə məlumat verib.
İclasın sonunda COP29 Tədbirlər Planının icrası və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.
Bakıda beşmərtəbəli yataqxana binası yanır
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
Siyəzəndə avtomobil yanıb, iki uşaq ölüb
Mehriban Əliyevadan təyyarə qəzasıyla bağlı paylaşım - FOTO
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır - Yeni sədrin imzasıyla
Afrika Millətlər Kuboku: hansı komandalar qalib gəlib?
Ankarada FETÖ üzvləri tutulub
İstanbulda əməliyyat: terrora hazırlaşan 115 İŞİD üzvü saxlanılıb
Prezident bir il əvvəl qəzaya uğrayan AZAL-ın təyyarəsi ilə bağlı paylaşım etdi - FOTO
Azərbaycanın valyuta ehtiyatları artıb - 84 milyard dolları ötüb
Azərbaycan nefti bahalaşdı
QARABAĞA KÖÇ DAVAM EDİR
Ağdam şəhərinə 308 nəfər köçürülüb
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident ad günündə ailə üzvləri ilə bir arada - FOTOLAR
21 ilin kollec direktoru vəzifəsindən azad olunub
8 ildir axtarılan FETÖ üzvü qardaşının şəxsiyyət vəsiqəsiylə tutulub
"Fənərbağça" prezidenti saxlanıldı - Narkoticarət ittihamı ilə
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Sadır Japarov İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Volkan Dəmirəl "Antalyaspor"la anlaşıb, lakin...
Müğənninin ölümündə "əl"i olan qızını həbsxanada döyüblər
MHP lideri liderindən diqqətçəkən açıqlama: "Qəza düşündürücüdür..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir
Tanınmış neyrocərrah Rəşid Musayevin 84 yaşı tamam olur
2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… - VİDEO
Ərdoğan İlham Əliyevə zəng edib
Daha iki kollecdə təyinat olub