Hafiz Paşayevdən ilk çağırış

img

09-07-2014 [12:55]


"Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir və ADA Universiteti də bu inkişafın bir hissəsidir. Azərbaycanda müasir təhsil sistemi yaradılıb".

"Trend"-in məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev çərşənbə günü Bakıda keçirilən Qlobal Biznes və Texnologiyalar Assosiasiyasının (GBATA) 16-cı beynəlxalq konfransında deyib.

O, konfrans iştirakçılarını salamlayıb və qeyd edib ki, Azərbaycan çox şeyə, o cümlədən stabil dövlət, hökumət qurmağa, yaxşı iqtisadiyyat yaratmağa nail olub.

H.Paşayev bildirib: "Əgər bugünkü konfransın iştirakçılarından biri Azərbaycana bir daha qayıdarsa, hətta dərs deməyə gələrsə, gələcəklə bağlı baxışlarımıza düzəliş edə biləcək, nəyisə öyrədəcəksə, biz çox şad olacağıq. Biz də çox şey öyrədə bilərik. Mən sizi bütün vaxtı auditoriyalarda qalmamağa, Bakını gəzməyə, bu gözəl şəhərə baxmağa çağırıram".

Onun sözlərinə görə dünən dövlət başçısı bu ali məktəbin tarixində yeni səhifə açan "ADA Universitetinin Nizamnaməsi"nin təsdiqlənməsi haqqında fərman imzalayıb.

Həmçinin, dünən Azərbaycan prezidenti imzaladığı sərəncamla Hafiz Mir Cəlal oğlu Paşayevi ADA Universitetinin rektoru təyin edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA