SOCAR-ın sabiq vitse-prezidentinin oğlu ilə bağlı sensasion qərar verildi
13-08-2024 [16:01]
SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bioloji qohumluğun təyini – atalıq testindən keçməsi üçün daha bir məhkəmə instansiyası - Sabunçu Rayon Məhkəməsi qərardad çıxarıb.
Ekspertiza keçirilməsi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Tibbi Biologiya şöbəsinə həvalə olunub...
Artıq ekspertizanın vaxtı da müəyyən olunub - 27.08.2024-cü il, saat 12-də keçirilməsi qərara alınıb. Musavat.com xəbər verir ki, bundan əvvəl də Orxan İsmayılzadənin, Fidan Abbasovanın və Nil adlı uşağın ekspertizadan keçirilməsi üçün Xətai Rayon Məhkəməsi qərar verib.
Hazırki ekspertizanın keçirilməsi Fidan Abbasovanın Sabunçu rayon Məhkəməsinə təqdim etdiyi mülki iddia əsasında təyin olunub.
Fidan Abbasova mülkim iddiasında bildirir ki, Orxan İsmayılzadə onun övladının atasıdır. Dediklərinin sübutu kimi Orxan İsmayılzadə və övladları ilə birgə fotolarını, çoxsaylı yazışmalarını təqdim edir. Qarşı tərəf isə onu məhkəməyə verməklə dediklərinin həqiqət olmadığını isbatlamağa çalışır.
Belə ki, Orxan İsmayılzadə bu ilin mayında Xətai Rayon Məhkəməsinə şərəf ləyaqətin və işgüzar nüfuza zərər verilməsinə dair iddia təqdim edib. Orxan İsmayılzadə iddiasında Fidan Abbasovanı övladının atasının onun olmasını bildirməklə şər atdığını, onun şərəf və ləyaqətini alçaltdığını iddia edib. Xətai Rayon Məhkəməsində xüsusi ittihamı araşdıran hakim obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini – atalıq testi təyini haqda qərardad verib. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası (MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub. Bioloji qohumluğun təyini – atalıq testi – DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib. Fidan Abbasova deyib ki, məhkəmə qərardadı əsasında ekspertizanın keçirildiyi MTE və PAB-ın Bakı şəhəri, Mərdanov qardaşları 131 ünvanında yerləşən inzibati binasına gəlib. Özü ilə övladı Nili də gətirib. Orxan Mikayılzadə isə ekspertizanın keçirilməsində iştirak etməyib.
Bu ilin mayında Fidan Abbasovanın dediklərindən sitat:
“Orxan İsmayılzadə mənim ona şər ataraq guya övladımın atasının onun olduğunu bildirməyinin şərəf, ləyaqətini alçaldan hal olmasını iddia edir. Bunu sübut etməyin tək yolu ekspertiza idi və Orxan İsmayılzadə ekspertizada iştirak etmədi. Halbuki Bakıda idi, elə həmin gün onu restoranda görmüşdüm. Vəkili isə məhkəməyə doğru olmayan məlumat vermişdi ki, guya Orxan Bakıda deyil deyə ekspertizada iştirak etməyib”.
Onun sözlərinə görə, faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib:
“Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.
Fidan Abbasova demişdi ki, qarşı tərəfin yalan vədinə inanıb və ərizəsini məhkəmədə geri çəkib:
“Məni aldatdılar, iddiadan imtina etdirdilər. Daha sonra isə mənə artıq-əskik nəsə danışsam, ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar”.
Fidan Abbasova demişdi ki, hazırda tək ana olaraq qız övladı böyüdür və istəmir ki, övladının atasının kimliyinin qeyd edilməməsi ilə taleyinə ləkə düşsün:
“Axı faktiki olaraq onun atası var. Heç kim bu faktı təkzib edə bilməz və heç kim qanundan üstün deyil. Özüm hərbçi qızıyam və qardaşım da hazırda ön cəbhədə xidmət edir. Orxan İsmayılzadədən istədiyim tək şey mənim həyatımı puç etməsinə baxmayaraq, övladımın atası olması faktını danmasın və övladımın sənədlərində atasının kimliyi yazılsın. Heç bir Azərbaycan qadını, heç bir azərbaycanlı belə hərəkətlərə layiq deyil”.
Fidan Abbasovanın vəkili Ziya Ələsgərov Musavat.com-a deyib ki, hazırda iki instansiyada iş üzrə məhkəmə çəkişməsi var:
“2017-ci ildə Fidan Abbasova Sabunçu Məhkəməsinə iddia təqdim edərək övladının atasının müəyyən edilməsini xahiş edib. Lakin məhkəmə qərardad qəbul etməklə iş üzrə icraata xitam verib: “O zaman Fidan Abbasova aldadılıb. Biz həmin qərardadı rəsmi şəkildə əldə edə bilməmişdik. Qərardad bizə çıxarılandan 7 il sonra, 2024-cü ildə verilib. İcraata xitam verilməsi barədə Sabunçu Rayon Məhkəməsinin qərardadını alandan sonra qərardaddan şikayət verdik. Bildirdik ki, icraata xitam verilməsi Fidan Abbasovanın iradəsi ilə olmayıb, aldadılıb. Məhkəmədən çıxardığı qərardadın ləğvini xahiş etdik. Məhkəmə prosessual müddətin ötürülməsi əsası ilə şikayətimizi geri qaytardı. Prosessual müddətin bərpası ilə məhkəməyə müraciət etdik. Məhkəmə bu dəfə qərardadın 2017-ci ildə çıxarıldığını əsas götürüb şikayətimizi təmin etmədi. Arqumentlərimiz vardı ki, prosessual müddəti ötürməmişik. Ümumiyyətlə, qərardad tərəf olaraq bizə verilməyib. Amma məhkəmə əsas gətirdi ki, qəbzi imzalamışıq. Halbuki, həmin boş qəbzə imza atılmışdı”.
Vəkil bildirib ki, qərardadı zamanında heç bir şəkildə Fidan Abbasovaya təqdim etməyiblər:
“Ona görə də bu hallarla bağlı Bakı Apellyasiya Məhkəməsinə şikayət verdik. Apelyasiya instansiyası şikayətimizi araşdırdı və aydınlaşdırdı ki, prosessual müddət üzrlü səbəbdən buraxılıb və bu əsasla da Sabunçu Rayon Məhkəməsinin 2(008)-2074/2017 saylı, 12 may 2017-ci il tarixli qərardadını ləğv etdi. İş yenidən baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərildi”.
Vəkil qarşı tərəfin Xətai Rayon Məhkəməsinə təqdim etdiyi şikayətlə bağlı da açıqlama verib. Bildirib ki, Xətai Rayon Məhkəməsi iş üzrə atalığın müəyyən edilməsi üçün ekspertiza təyin edib: “Bildiyiniz kimi ekspertizanın keçirildiyi ünvan, gün və saatı barədə qarşı tərəfə məlumat verilsə də, ekspertizada iştirak etmədilər. Həmin saatda Fidan Abbasova övladı ilə bərabər ekspertizada oldular. Lakin qarşı tərəf heç bir əsas olmadan ekspertizada iştirak etmədi. Prosessual qanunvericiliklə ekspertizadan keçmə qaydası müəyyən edilib. Tərəf ekspertizada iştirak etmirsə, bu o deməkdir ki, nəticə ilə razıdır. Prosessual Məcəllədə belə nəzərədə tutulur. Ekspertiza tərəflərdən birinin ekspertizaya gəlməməsi səbəbindən baş tutmursa, son olaraq bu məsələyə məhkəmə qərar verir”.
NATO Baş katibi: "Türkiyə dronları möhtəşəmdir"
Misir Mərdanov jurnalistlərə qarğış elədi: "Niyə mənim adımı hallandırırlar?" (Yenilənib)
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Suriya ordusu YPG-yə xəbərdarlıq etdi
ADNAN ƏHMƏDZADƏ BARƏDƏ YENİ QƏRAR VERİLDİ - Məhkəmə prosesi
Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub - Komitə sədri məruzə elədi
PREZİDENT SAKİNLƏRƏ GÖRÜŞDÜ: "Necə yerləşmisiniz burada?" - FOTOLAR
"Qara Qarayev futboldan "üzüsulu" ayrıldı"
Qərb İran haqqında nə deyirdi, indi nə deyir və niyə? - TƏHLİL
Prezident İlham Əliyev Tərtər və Ağdərədə - FOTOLAR (Yenilənib)
"ARB" kanalının yayımı 3 saatlıq dayandırılacaq - Səbəb
Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmə olub
Xocalıda çoban saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Dövlət Nəzarəti Xidməti rəisinə müavin təyin olunub
Sumqayıt avtobuslarına gediş haqqı artırılıb
İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarıldı
General-mayor təqaüdə göndərilib
3036 sənəd verdi, 941 nəfər növbəti mərhələyə buraxıldı - Məktəb direktoru postu uğrunda "döyüş" başlayır
Bakıda 27 yaşlı şəxs 22 kq narkotiklə saxlanılıb
İranda aksiyalarda ölənlərin sayı 2 mindən çoxdur - Tehran rejimi elə iddialar irəli sürür ki...
“Rufo Gəncinski” saxlanılıb
Ukraynanın müdafiə naziri vəzifədən azad edilib
IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə təlim proqramı təşkil olunub
“Birmarket”ə direktor təyin edilib
İSTANBULDA PROKUROR QADIN HAKİMİ GÜLLƏLƏDİ - İclas salonunda
Dövlət Neft Fondunun proqnozu fiasko ilə nəticələnib - Rəqəmlər
Əkrəm İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Bu qədər...
"Səbail" komandaya yeni oyunçu cəlb edib
Təhdid imperiyası: Moskva niyə hamını hədələyir? - TƏHLİL
Türkiyədə növbəti şok həbslər: məşhur aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu... - Onlar narkotiklə tutuldu
Sabah Bakıda sulu qar yağacaq
Şagirdlərin elektron yerdəyişməsi yekunlaşır
İngiltərə kuboku: "Hull City" "Çelsi"yə rəqib oldu
Biznesmenin oğlu saxlanıldı - Şok ittihamla
Azərbaycan nefti cüzi bahalaşdı
Rektor özünə müşavir təyin etdi
Rusiya Təhlükəsizlik Şurası: "Tramp tələsməsə, Qrenlandiya referendumla Rusiyaya qatıla bilər"
Prokurorluq orqanlarında yeni qəbul edilən işçilər and içiblər
Biləsuvarda zəlzələ olub
Vaqif Allahverdiyevə ittiham elan olunub
“Xalq Sığorta”, AtaSığorta... - Bu sığorta şirkətlərindən şikayətlər pik həddə çatıb + CƏDVƏL
Ev kirayə verənlərin nəzərinə: cərimə 5 dəfə artırılıb
Bakda 52 yaşlı şəxs 7 kq narkotik vasitə ilə tutulub - VİDEO
"Bakı Metropoliteni" QSC-də yoxlama: pozuntular aşkara çıxarıldı