Avropanın ən böyük atom elektrik stansiyası alovlandı: təxribat, yoxsa... - İki ölkə bir-birini günahlandırır (Açıqlamalar)
12-08-2024 [09:07]
Rusiyanın Ukraynadan ilhaq etdiyi Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojyada yanğın baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiya tərəfindən ilhaq edilmiş Zaporojya vilayətinə təyin olunan qubernator Yevgeni Balitski faktla bağlı Ukraynanı günahkar bilib.
O bildirib ki, Ukrayna ordusunun artilleriya atəşi ilə yanğım çıxıb: "Hücum nəticəsində Zaporojya AES-in soyutma sistemində yanğın baş verib. Stansiyadakı 6 blok soyuq dayanma vəziyyətindədir, partlayış və ya başqa təhlükə yoxdur. Elektrik stansiyasında və onun yerləşdiyi şəhərdə radiasiya səviyyəsi normal səviyyədədir. Yanğının söndürülməsi istiqamətində işlər davam edir".
Zaporojya Atom Elektrik Stansiyasının yerləşdiyi ərazidə baş verən yanğınla bağlı Ukrayna tərəfindən də açıqlama verilib.
Nikopol vilayətinin Hərbi Administrasiyasının rəhbəri Yevgeni Yevtuşenko bildirib ki, elektrik stansiyasının ərazisindəki yanğın Zaporojya Atom Elektrik Stansiyasının fəaliyyətinə təhlükə yaratmayıb: "Xahiş edirəm, sakitləşin. Yanğın Zaporojya Atom Elektrik Stansiyasında deyil. Ola bilsin ki, bu, təxribatdır və ya köhnə su anbarının sağ sahilində yerləşən yaşayış məntəqələrində çaxnaşma yaratmaq cəhdinə hesablanmış oyundur. Hazırda Zaporojya Atom Elektrik Stansiyası fəaliyyət göstərir. Son müşahidələr radiasiya səviyyəsinin Ddə normal olduğunu göstərir".
Ukrayna prezidenti Vladimir Zelenski isə birbaşa Moskvanı təxribatda ittiham edib: "Nikopoldan aldığımız məlumata görə, rus işğalçıları Zaporojya Atom Elektrik Stansiyasının ərazisində yanğın törədiblər. Hazırda radiasiya səviyyəsi normal səviyyədədir. Bununla belə, rusiyalı terrorçuların nəzarəti saxladığı müddətcə Atom elektrik stansiyasında vəziyyət normal deyil və ola da bilməz. Buna dünyanın reaksiya verməsini gözləyirik və yalnız Ukraynanın Zaporojya Atom Elektrik Stansiyasına nəzarəti normallaşdıra bilər".
Xatrladaq ki, Ukraynanın cənub-şərqindəki Zaporojya Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır. Elektrik stansiyası 2022-ci ilin martında ruslar tərəfindən ələ keçirilib. Hazırda Rusiya ordusunun nəzarətində olan elektrik stansiyasının ətrafında artilleriya hücumları olsa da, Ukrayna və Rusiya hücumlarda bir-birini günahlandırır.
Lamiyə Əhmədli
MİA.AZ

"Xətaidə ağaclar gecə saatlarında yandırılaraq yox edilir" - Deputat sakinlərin problemlərini dinlədi və....
"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
Siyəzəndə avtomobil yanıb, iki uşaq ölüb
Mehriban Əliyevadan təyyarə qəzasıyla bağlı paylaşım - FOTO
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır - Yeni sədrin imzasıyla
Afrika Millətlər Kuboku: hansı komandalar qalib gəlib?
Ankarada FETÖ üzvləri tutulub
İstanbulda əməliyyat: terrora hazırlaşan 115 İŞİD üzvü saxlanılıb
Prezident bir il əvvəl qəzaya uğrayan AZAL-ın təyyarəsi ilə bağlı paylaşım etdi - FOTO
Azərbaycanın valyuta ehtiyatları artıb - 84 milyard dolları ötüb
Azərbaycan nefti bahalaşdı
QARABAĞA KÖÇ DAVAM EDİR
Ağdam şəhərinə 308 nəfər köçürülüb
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident ad günündə ailə üzvləri ilə bir arada - FOTOLAR
21 ilin kollec direktoru vəzifəsindən azad olunub
8 ildir axtarılan FETÖ üzvü qardaşının şəxsiyyət vəsiqəsiylə tutulub
"Fənərbağça" prezidenti saxlanıldı - Narkoticarət ittihamı ilə
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Sadır Japarov İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Volkan Dəmirəl "Antalyaspor"la anlaşıb, lakin...