ABŞ ERMƏNİSTANA İKİ TƏYYARƏ İLƏ SİLAH GÖNDƏRİB - Səfirlik isə sorğudan yayınır
08-08-2024 [14:55]
ABŞ-nin Azərbaycandakı səfirliyi bu ölkənin Ermənistana iki təyyarə ilə silah daşıması ilə bağlı yayılan məlumatları şərh etməkdən yayınıb.
Mia.az-ın məlumatına görə, Report agentliyinin sorğusuna cavab olaraq səfirlikdə ABŞ-nin İrəvandakı diplomatik missiyasının müvafiq cavabına istinad edilib: "İyulun 24-də ABŞ və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş “Qartal Tərəfdaş” təlimi uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, bütün ABŞ texnikası və şəxsi heyəti Ermənistanı tərk edib".
Halbuki sualımız tamamilə fərqli idi. Biz səfirliyə ABŞ-nin Ermənistana hərbi təyyarələr vasitəsilə silah-sursat daşınması ilə bağlı sual vermişdik.
Xatırladaq ki, Caliber.az portalının məlumatına görə, avqustun 2 və 3-də ABŞ-nin Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından İrəvanın “Zvartnos” hava limanına iki hərbi təyyarə enib. Qeyd olunub ki, iki təyyarədən birində İran ərazisindən buraxılan raketlərin və başqa uçan aparatlarının trayektoriyalarını izləyən xüsusi qurğular olub. Bu zaman İran ərazisindən İsrailə mümkün hücum riski xüsusilə nəzərə alınıb. Gətirilən qurğular Ermənistanın İranla sərhədində yerləşdiriləcək. ABŞ bu cihazları idarə edəcək heyətin sayını 30-50 nəfərə çatdırıb. Rusiya və İranın diqqətini İranla sərhəddə yerləşdiriləcək şəxsi heyətə cəlb etməmək üçün hərbçilər diqqətlə seçilib - onların əksəriyyəti Amerika ordusunda xidmət edən erməniəsilli ABŞ vətəndaşlarıdır, həmçinin postsovet ölkələrindən Ştatlara köçmüş slavyan və Qafqaz kökənli insanlardır. Şəxsi heyət Ermənistan Silahlı Qüvvələrinin hərbi geyimi ilə təchiz olunub və onun Zəngəzurdakı hərbi bazasında yerləşdirilib.
Cavab görünür ki, səfirlik sualımızı kənara qoyaraq, “təlimləri” şərh edib. Yəni, Vaşinqtonun diplomatik missiyası silahların Ermənistana daşınması ilə bağlı konkret sorğumuza normal, konkret münasibət bildirə bilməyib. Əksinə, sorğudan yayınıb. Bu, o deməkdir ki, Vaşinqtonun deməyə sözü də yoxdur. Hətta rəsmi Vaşinqton yayılan informasiyalara “yalan” donu da geyindirə bilməyib. Niyə? Çünki öz əməlini dana bilmir.
İndi əsas sual budur: ABŞ niyə israrla Ermənistanı silahlandırır? Bu, daha çox beynəlxalq geosiyasi rəqabət kontekstindən qiymətləndirilməlidir.
Ümumiyyətlə, ABŞ-nin Cənubi Qafqazla bağlı siyasəti artıq “açıq kartdır”. Niyə belə deyirik? Çünki müxtəlif vaxtlarda baş verən hadisələr, habelə səslənən bəyanatlar eyni gerçəkliyi ortaya qoyur: ABŞ Cənubi Qafqazdakı təsir imkanlarını gücləndirmək məqsədilə regionun ən zəif bəndi hesab olunan Ermənistandan istifadə edir.

Artıq regionda yeni reallıq yaranıb. Bu reallıq Bakı ilə İrəvan arasında yekun sülh sazişinin imzalanmasını nəzərdə tutur. Proseslərin inkişafı göstərir ki, ikitərəfli təmaslar, xüsusilə Azərbaycanın səyləri nəticəsində bu istiqamətdə müəyyən irəliləyiş əldə olunub. Amma bu, Vaşinqtonu narahat edir. ABŞ-nin bu narahatlığı isə aydın görünür. Ağ Ev bu təşvişini istəsə də, gizlədə bilmir.
Məsələ ondadır ki, perspektivdəki sülh kənar güclərin, o cümlədən ABŞ-nin regiona müdaxiləsinin qarşısının alınması deməkdir. Yəni Vaşinqton bölgədə təsir rıçaqlarını itirir. Elə buna görə də ayrı- ayrı Qərb aktorları, o cümlədən ABŞ və Avropa İttifaqı bütün imkanları ilə regionda “suları bulandırmağa”, sülhə mane olmağa çalışır.
Ümumiyyətlə, qeyd etmək yerinə düşər ki, ABŞ-la Ermənistan arasında hərbi əməkdaşlıq güclənən templə inkişaf edir. Bunun fonunda Ermənistan Rusiyadan, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşır.

Beləliklə, Vaşinqton İrəvanı öz tərəfinə çəkir, Moskvadan uzaqlaşdırır. Bir neçə məqsəd var. Bunlardan birincisi Rusiyanın regiondakı “rıçaklarının” zəiflədilməsidir. Bu, o deməkdir ki, məhz Qərbin, o cümlədən ABŞ-nin təsirləri, təlqinləri və təzyiqləri Ermənistanın Rusiyanın kurasiyasından çıxır. Bu, əlbəttə, həm də Moskvanın regiondakı maraqlarının zərbə altına alınması deməkdir.
Amma məsələ tək Rusiya ilə də bitmir. Ermənistana göndərilən hərbi avadanlıq həmçinin İrana qarşı da istifadə olunması ehtimalı çox yüksəkdir.
Sual yaranır: İran niyə bu məsələyə səssiz yanaşır? Axı ABŞ beləliklə, həm də İran üçün təhdid yaradır. İndiki çətin geosiyasi vəziyyətdə bu, rəsmi Tehrana lazımdırmı? Məntiqlə cavab verəsi olsaq, yox. Deməli, İran ABŞ-nin Ermənistan üzərindən regionda qurduğu oyunun qurbanı olmamağa çalışmalıdır. Əks halda, onsuz da Yaxın Şərqdə aventüraya çəkilməkdə olan İran Cənubi Qafqaz regionunda da çətin durumda qala bilər.
Beləliklə, rəsmi Vaşinqton bütün bu reallıqları nəzərə alaraq bir növ “oyunpozanlıq” etməyə çalışır. ABŞ-nin region və Ermənistanla bağlı hazırkı siyasəti ehtimal olunan növbəti hərbi toqquşmaya, həmçinin müharibəyə töhfə verməkdir. Çünki Qərb ancaq bu yolla sülhə əngəl ola bilər.
ABŞ-nin Ermənistanı silahlandırması rəsmi İrəvanın özünü daha “ürəkli” hiss etməsi deməkdir. Bunun nəticəsində İrəvan destruktiv mövqeyini gücləndirə bilər. Bunun nəticəsində növbəti hərbi toqquşma başlayarsa, məsuliyyəti təkcə Ermənistan yox, həm də ona “zəhər verənlər” daşımış olacaq.
MİA.AZ
Rəsmi Moskva: "ABŞ-dan göndərilən sülh planını təhlil edirik"
Karen Avanesyana hökm oxunub
Ağdam şəhərinə 308 nəfər köçürülüb (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gələn il kommunal xidmətlər qalxacaq? - Açıqlama
Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb
"Xətaidə ağaclar gecə saatlarında yandırılaraq yox edilir" - Deputat sakinlərin problemlərini dinlədi və....
"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
Siyəzəndə avtomobil yanıb, iki uşaq ölüb
Mehriban Əliyevadan təyyarə qəzasıyla bağlı paylaşım - FOTO
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır - Yeni sədrin imzasıyla
Afrika Millətlər Kuboku: hansı komandalar qalib gəlib?
Ankarada FETÖ üzvləri tutulub
İstanbulda əməliyyat: terrora hazırlaşan 115 İŞİD üzvü saxlanılıb
Prezident bir il əvvəl qəzaya uğrayan AZAL-ın təyyarəsi ilə bağlı paylaşım etdi - FOTO
Azərbaycanın valyuta ehtiyatları artıb - 84 milyard dolları ötüb
Azərbaycan nefti bahalaşdı
QARABAĞA KÖÇ DAVAM EDİR
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident ad günündə ailə üzvləri ilə bir arada - FOTOLAR