"Qalatasaray" Teteni bu kluba satdı

img

25-07-2024 [00:27]


“Qalatasaray” daha bur əcnəbi futbolçu ilə vidalaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, brazilyalı sağ qanad oyunçusu  Tete Yunanıstanın "Panatinaikos" komandası ilə anlaşıb. 

Məlumata görə, Afinaya gedən brazilyalı oyunçu bu gün müayinədən keçdikdən sonra yunan klubu ilə müqaviləyə imza atacaq.

Xəbərdə onun transferinin maliyə tərəfi haqda hələlik informasiya verilməyib.

Xatırladaq ki, ötən mövsümün əvvəlində "Qalatasaray"a transfer olunan 24 yaşlı futbolçu 45 matçda 3 qol vurub, 6 məhsuldar ötürmə edib. 

Tetenin İstanbul klubu ilə 2027-ci ilə qədər müqaviləsi vardı.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA