41 yaşlı türk hücumçu aktiv futbolla vidalaşıb

img

24-07-2024 [16:17]


“Qalatasaray”, “MKE Ankaragücü”, “Trabzonspor”, “Kayserispor”, Fransanın Tuluza klubları kimi komandalarda forma geyinən və son olaraq “Sarıyer”də çıxış edən Umut Bulut, nəhayət, aktiv futbolçu karyerasına son verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə 41 yaşlı futbolçunun özü məlumat paylaşıb.

O, bundan sonra məşqçi kimi rakerasına davam edəcəyini bildirib.

Türkiyə mətbuatı yazır k, Umut Bulut Rıza Çalımbayın köməkçi olacaq.

Xatırladaq ki, futbolçu karyerasında 751 oyun keçirən və 233 qol vuran Umut Bulut Türkiyə yığmasında da oynayıb.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA