Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
14-07-2024 [00:01]
Qoç - günün ilk yarısı xoş emosiyalar vəd edir. Yeni işgüzar layihəyə başlamaq niyyətiniz varsa, tərəfdaş və şəriklərin sayını artırın. Faydalı əlaqələri intensivləşdirin. Yeni tanışlardan birinin məsləhətindən yararlanın.
Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Büdcənizə uyğun davranın. Faydalı və qeyri-adi nəsnəyə yiyələnə bilərsiniz. Yaşam təcrübənizi, biliklərinizi artırın.
Axşam saatlarını ailə üzvlərinə həsr edin.
Buğa - ciddi iş planlaşdırmayın: bu gün işdəki vəzifələrinizi unudub yeni təəssürat dalınca düşməyə meyllisiniz. Məntiqlə sağlam düşüncə sizin hətta ötəri həvəslərinizə davam gətirmir. Ciddi xərclər mümkündür.
Vədlərinizi unudaraq sizə güvənən insanı pis vəziyyətdə qoya bilərsiniz. Bu səbəbdən ətrafdakılarla münasibətlərdə ciddi problemlər yarana bilər, mübahisə və münaqişələr mümkündür. Axşama doğru səhhətiniz pisləşə bilər. Yuxusuzluqdan əziyyət çəkə bilərsiniz.
Əkizlər - yeni gün uğur vəd edir. Kommersiya və biznes işlərində ciddi irəliləyiş istəyirsinizsə, hər deyilənə qulaq asmayın. Sərvaxt, huşyar olun. Faydalı əlaqələrin sayını artırın. Yeni dostlar işlərinizdə yardımçı ola bilər.
Günün ikinci yarısında proseslərin fəal iştirakçısı olmayın. Donuq müşahidəçiyə dönməyin. Zahiri görünüşünüzə fikir verin. Maraqlandığınız şəxsin dediklərinə qulaq asın.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Xərçəng - tapşırıqları və sifarişləri vaxtında yerinə yetirin. Kollektiv fəaliyyətdə mümkün qədər irəliləməyə can atın. Bilik və bacarıqlarınızı nümayiş etdirin.
Günün ikinci yarısında yeni tanışlıq istisna deyil. Əlaqələrlə təmaslardan bəhrələnin. Dostlarınızla həmfikirlərin məsləhətlərini qulaqardına vurmayın. Sayıq, ehtiyatlı olun.
Çətinliyə düşmüş tanışa yardıma tələsin.
Şir - cazibədarlığınız sayəsində çox şeyə nail olursunuz. Ətrafınızdakılar sizinlə işləməyə həvəslənir, bunu gizlətmirlər də. Siz isə kimi seçəcəyinizə qərar vermirsiniz. Həm işgüzar, həm də şəxsi məsələləri həll etmək olar. Çox zaman idarə olunduğunuzu anlamasanız da, düzgün qərarlar verir və düzgün davranırsınız.
Ancaq problemlər də var. Bunlar, əsasən, sizin müəyyən həzzlərə can atmağınız sayəsində yaranır, həvəsiniz güclü və təhlükəli ola bilər.
Qız - günün ilk yarısı yorucu, usandırıcı təsir bağışlaya bilər. Buna rəğmən, situasiyadan məhsuldar şəkildə yararlanın. İmkanlarınızın və potensialınızın reallaşması üçün əlverişli şəraitdir.
Günün ikinci yarısında böyük layihəyə başlamaq olar. Məqsədə doğru hərəkətdə orijinal taktikadan istifadə edin. Peşəkar fəaliyyət müstəvisində istənilən innovasiya xeyirlidir.
Axşam saatlarında normal istirahət edin.
Tərəzi - fantaziyanıza güc versəniz, dolğun, maraqlı və parlaq gün olacaq. Yaradıcı potensialınız yüksəkdir. Demək ki, nə özünüz, nə ətrafınızdakılar darıxmağa imkan tapmayacaqlar. Üstəlik, dostlarınız gözlənilmədən sizə baş çəkə bilərlər. Darıxdığınız insanlarla görüşə bilərsiniz. Ola bilsin ki, bir vaxtlar ürəyinizə hakim kəsilmiş insan da özü barədə xatırlatsın.
Vacib məlumat alırsınız, faktların üstü açılır, bunlara nəzərən düzgün nəticələrə gələcəksiniz. Xoşunuza gəlməyən şeylərdən qaçmayın - bütün sahələrdə reallığın üzünə baxmaq vacib və faydalıdır.
Əqrəb - əvvəlki günlərdən fərqli olaraq daha asudə və sərbəst davrana bilərsiniz. Əhvalınız pis olmayacaq. Problemləri nikbinliklə həll edin. Yaşam və ya fəaliyyət şəraitini dəyişmək olar.
Günün ikinci yarısında risk edin, amma avantüralara qatılmayın. Qərarınızı reallaşdırmağa başlayanda bütün şərtləri nəzərə alın.
Günün ikinci yarısı qəfil, romantik tanışlıq vəd edir. Köhnə dostlardan biri ilə görüşəcəksiniz.
Oxatan - cari problemləri unutmayın, onların həllini təxirə salmayın. Maliyyə məsələlərində və şəxsi münasibətlərdə yarımçıqlıq sindromuna qapılmayın. Vaxtınızı xoş keçirmək istəyiniz fəaliyyətinizə mane olmamalıdır.
Günün ikinci yarısında bilik və bacarıqlarınızdan maksimum istifadə edin. Epatajlı davranış modelini seçməyin. Parlaq imiciniz yeni faydalı əlaqələr yaratmağa imkan verəcək.
Axşam saatlarında dost yardımı və ya məsləhət birmənalı olmayan situasiyanın çözülməsində dadınıza çatacaq.
Oğlaq - danışıqlar vasitəsilə istənilən problemi həll etmək olar. Çalışdığınız kollektivdə effektiv əməkdaşlıq mühitinin yaranmasında iştirak edin. Aldığınız məlumatları yoxlayın. Hər sözə inanmayın.
Günün ikinci yarısında sizi narahat edən suallara cavablar tapa biləcəksiniz. Gərəkli çevrələrdə lazımi əlaqələri bərpa edin. Vədləri unutmayın, onları yerinə yetirin.
Axşam saatları harmonik söhbət və xoş anlar bəxş edəcək.
Dolça - günün ilk yarısı yaxşı başlayacaq. Nikbin olun, kiçik problemlərə və maneələrə izafi fikir verməyin. Diqqətinizi əsas məsələlərə yönəldin.
Günün ikinci yarısı yarımçıq işləri başa vurmaq üçün əlverişlidir. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə sözlərinizə fikir verin. Hisslərinizi aşkar söyləməyin.
Təmkinli davranın.
Axşam saatlarında yeni tanışlıq, münasibətlərin aktivləşməsi istisna deyil.
Balıqlar - ağır zəhmətə, intensiv fəaliyyətə hazır olun. Məişət qayğıları və problemlərin sayının artması əhavalınızın pozulmasına, səhhətinizdə fəsadlar yaranmasına səbəb olmasın.
Ani hissələrə qapılaraq süstlük etməyin. Günün ikinci yarısında nikbin davranın, yaxın ətrafınızdakı insanların dediklərinə qulaq asın. Önəmli görüş, işgüzar müzakirə, yeni layihənin başlanması üçün əlverişli zamandır.
Axşam saatlarında evə qonaq gələ bilər. Vaxtınızı şən və maraqlı keçirin.
Milli.Az
AFFA iki xarici şirkətlə niyə anlaşdı, yaxud itirilmiş qızıl zamanda kimlər günahkardır? - Tahir Süleymanov elə şeylər danışdı ki... (MÜSAHBƏ)
Prezident Naxçıvanla bağlı fərman imzaladı - Dövlət Proqramı ilə bağlı vəsait azaldıldı
Əhaliyə küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Deputatlar toplanır: 17 məsələ müzakirəyə çıxarılır - SİYAHI
ƏLİ ƏSƏDOV "AZƏRENERJİ" RƏHBƏRİNİ CƏZALANDIRDI - Sensasion səbəb
Prezident İlham Əliyev deputatla bağlı sərəncam imzalayıb
Yüz yaşlı məktəbin qocaman müəllimi: "İnsanın qazandığı uğurlar, ilk olaraq, onun valideyni, daha sonra isə müəllimi ilə bağlıdır" - MÜSAHİBƏ
Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI
"Qarabağ"ın adını daha "Azərsun FK" qoysunlar!" - Xalq "Qarabağ"a əvvəlki dəstəyi niyə vermir?
Sabahın hava proqnozu açıqlanıb
ABŞ Mərkəzi Komandanlığının rəhbəri İsrailə səfər edəcək
İran XİN başçısı: Livan və Qəzzada atəşkəslə bağlı təşəbbüslər var
Polşa Belarusla sərhəddə istehkam qurğuları inşa edəcək
Dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyi məlumat yayıb
İran XİN başçısı Suriyada səfərdədir
Azərbaycan neftinin qiyməti 82 dollara çatdı
ABŞ və Böyük Britaniya Yəmənin şəhərlərinə zərbələr endirib
Emin Əmrullayevdən müəllimlərə təbrik: "Bu şərəfli işdə göstərdiyiniz əzm və fədakarlıq üçün təşəkkür edirik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İlham Əliyev Cəbrayıldan paylaşım edib - VİDEO
Gürcüstanda parlament seçkisində qan töküləcək? - ABŞ səfirliyi öz vətəndaşlarına xəbərdarlıq elədi
"Kəpəz" "Neftçi"yə böyük hesabla qalib gəlib
Zibilə görə cərimələr artır - 7 min manatadək
Siqaretlə bağlı cərimələr kəskin artırılır - Yeni qanun MM-də
Karlo Ançelotti Arda Gülərdən danışdı: "Onun üçün ilk 11-likdə yer tapmaq asan deyil"
Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində - FOTOLAR
SHXÇDX-in Qaradağ rayon idarəsinin rəisi vəzifədən azad edilib
Yasamalda ağacları gecəykən kimlər kəsir? - İH susur, ETSN isə...
Sabiq DİN rəhbəri partiya sədrinin əlini öpmək istədi, ancaq... - Maraqlı anlar + VİDEO
"Qalatasaray"a qol atan market işçisi çıxdı - FOTO
"Mingəçevir"in futbolçuları niyə saxlanılıb? - Səbəb açıqlandı
İordan çayının qərb sahilində daha 35 fələstinli həbs olunub
İsrail Qəzzanı yenə vurub - Daha 9 fələstinli həyatını itirib
Məleykə Əsədovanın fotosu müzakirə yaradıb - FOTO
Oktyabrın 5-6-da güclü geomaqnit qasırğası baş verəcək
254 milyonluq qanunsuz köçürmə əməliyyatları... - Kimlər hakim qarşısına çıxarılıb?
Əli Əsədov Belarusda zavoda baş çəkib - FOTOLAR
Aİ Gürcüstan rəhbərliyi ilə görüşləri dayandırıb
İlham Əliyev Cəbrayılda: yeni açılışlar oldu, mühüm mesajlar verildi: "Ermənistan təhlükəli oyunlara qoşulub və..." - FOTOLAR (Yenilənib)
Britaniyanın sabiq Baş naziri kitabında Netanyahudan yazdı: "Tualetə "juçok" qoymuşdu"
Sabah hava necə olacaq? - Proqnoz