AVRO-2024: Demiral atdı, Türkiyə yığması tarixi qələbə qazandı

img

03-07-2024 [00:52]


Bu gün AVRTO-24-də Türkiyə yığması Avstriya millisi ilə 1/8 finalda qarşılaşıb.

Mia.az xəbər verir ki, Leyptsiq şəhər stadionda keçirilən tarixi oyunda Türkiyə millisi rekorda imza atıb.

Belə ki, 1-ci dəqiqədə müdafiəçi Merih Demiral AVRO-2024 tarixində ən tez vurulan qola imza atıb - 1:0.

59-cu dəqiqədə Merih Demiral ikinci qolu rəqib qapısından keçirb - 2:0

66-cı dəqiqədə Mixael Qreqoriç fərqi azaldıb - 2:1.

Beləliklə, oyun bu hesabla başa çatıb və Türkiyə adını 1/4 finala yazdırıb.

Türkiyə yığması 1/4 finalda Niderland millisi ilə gücünü sınayacaq.

Fərid Aslan

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA