Konfrans Liqası: "Sabah" və "Sumqayıt" klubları hansı komandalarla "döyüşəcək"?

img

19-06-2024 [17:22]


Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Sabah" və "Sumqayıt" klublarının rəqibləri bəlli olub.

Mia.az xəbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçilərimizdən "Sumqayıt" "Fehervar" (Macarıstan) kollektivi ilə qarşılaşacaq.

Samir Abasovun yetirmələri ilk oyununu evdə keçirəcək.

"Sabah" isə İsrail təmsilçisi "Makkabi" (Hayfa) ilə münasibətlərinə aydınlıq gətirəcək. Paytaxt təmsilçisi ilk görüşünə səfərdə çıxacaq.

Bundan başqa, UEFA Avropa Liqasında “Şerif” – “Zirə” cütünün məğlubu Konfrans Liqasında "Dunayska Ştreda" (Slovakiya) ilə qarşılaşacaq.

Qeyd edək ki, təsnifat mərhələsinin görüşləri iyulun 25-də və avqustun 1-də keçiriləcək(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA