Leyla Əliyeva Hollivud ulduzları ilə (FOTO)

img

02-07-2014 [13:36]


Ötən gün Londondakı Kensinqton bağlarında "Serpentayn" qalereyasının ənənəvi yay qəbulu baş tutub.

ANS PRESS-in məlumatına görə, tədbirdə incəsənət, kinematoqraf, musiqi, moda sahəsinin ən məşhur nümayəndələri və kral ailəsinin üzvləri iştirak ediblər. Buro247.az bildirir ki, qalereyanın sayca 14-cü gecəsi Brioni markasının dəstəyilə keçirilib. Qonaqlar üçün gecədə Farrell Uilyams çıxış edib.

Hər il xüsusilə təntənəli qəbul üçün nüfuzlu memarlar yay gecəsinin mərkəzi olan pavilyon hazırlayırlar. Bu yay Kenqsinqton bağlarının dizaynı üzərində çilili memar Smilyan Radiç çalışıb. Müəllifin fikrincə, məkan parkın landşaftına tamamilə uyğundur.

Gecədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.










Digər xəbərlər
SON XƏBƏRLƏR