143 MİLYONLUQ MALİYYƏ FIRILDAĞI: general və sabiq idarə rəisləri yenidən hakim qarşısına çıxarıldı
10-06-2024 [16:34]
Müdafiə Nazirliyinin (MN) mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin (HDQ) maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda məhkəməyə təkrar çağırılan şahidlər ifadə verib.
Məhkəmə iclasında 143 milyonluq mənimsəmə işinə görə bir neçə ay öncə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Cinayət Məcəlləsinin 179.4 (Mənimsəmə, xüsusi ilə külli miqdarda ziyan vurmaqla) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib həbs edilən maliyyəçi Vahid Novruzlu işlə bağlı şahid qismində dindirilib.
O, özünü mənimsəmə cinayətində qismən təqsirli bilib: "Bizim hərbi hissə 2020-ci ilin dekabr ayına kimi “N” saylı korpusa sonra isə birbaşa Müdafiə Nazirliyinə tabe olub. Yoxlama zamanı nağd ödənişlər- səhra və ezamiyyət pulu nəzərə alınmayıb. Nağd ödənişlərlə bağlı Maliyyə Nazirliyinin nümayəndələrinə sənədlər təqdim etsəm də, həmin məbləği silməyiblər. Bu məbləğ təxminən 40-50 min manat arasıdır. Bu çıxışlarla bağlı ya pul az ayrılırdı, ya da heç ayrılmırdı. Mən Hərbi Hospitalın maliyyə bölməsinin rəisi olduğum üçün büdcədən kənar vəsaitlərdə olurdu. Həmin pulları göstərilən istiqamət üzrə xərcləməmişəm, amma yeyinti də etməmişəm. 2020-ci il üzrə mənə çatan vəsait 30 faiz olub. Ümumilikdə mənim dövlətə vurduğum ziyan 610 min 538 manat hesablanıb, ondan da 104 min 300 manat ödəniş etmişəm. Qalan pulu ödəməməyimə gəlincə, pul mənim yastığımın altında olmayıb ki, gətirib ödəyim. Həmin məbləğin 230 min manatını nazirlikdən gələn Süleyman Abbasova vermişəm."
Təkrar məhkəməyə çağırılan, hazırda təqaüddə olan şahid Ramin Qaraxanov bildirib ki, 1 milyon 452 min manat mənimsəmədən cəmi 51 manat manat ödəniş edib. Qalanını da yaxın vaxtda ödəyəcək.
Məhkəməyə təkrar çağırılan digər şahid Şirin Şükürov hazırda hərbi hissələrin birində maliyyə xidmət rəisi işlədiyini bildirib. onun tərəfindən ümumi mənimsənilən məbləğ 742 min manatdır, ondan da 33 min manat ödəniş edib. Qalanını da ödəyəcək.
Daha sonra müttəhim Cəlal Kazımovun vəkili Əli Adıgözəlovun göndərdiyi iki vəsatət elan edilib. Belə ki, vəkil 1-ci növbədə yoxlama aparan Maliyyə Nazirliyinin nümayəndələrinin, 2-ci növbədə isə bəzi şahidlərin təkrar dindirilməsini məhkəmədən xahiş edib.
Bəzi şahidlər- Rəfael Xələfov, Fariz Nəbiyev, Anar Məmmədov və Füzuli Ələkbərlinin ifadələri arasında ziddiyətlər var. Onların Cəlal Kazımovla çarpaz dindiriləməsinə zərurət olduğundan vəsatəti verdim. Hərbi hissələrdə bütün çıxarışların çıxarılmasına aylar vaxt lazımdır, amma yoxlama 15 günə aparılıb.
Vəkil Rəşad Mirmehdizadə Akif Umudovla Allahverdi Rzayevin 10 aydan çox bir müddət ərzində məhkəməyə gətirilmədiyini vurğulayıb.
Allahverdi Rzayev paralel olan başqa məhkəmə proseslərinə gəlib ifadə verib, bu məhkəməyə isə gəlmir.
Prosesə sədrlik edən hakim isə, Allahverdi Rzayevlə bağlı Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyi ilə danışdığını, onun barədə polis nəzarəti altında məcburi gətirmə qərarının çıxarıldığını qeyd etdi. Akif Umudovun isə xidməti zərurətlə əlaqədar iştirak edə bilmədiyini, ancaq onun da növbəti prosesdə iştirakını təmin edəcəyini söz verdi.
Vəkil əlavə şahid qismində Nizami Məmmədovdan qabaq Maliyyə və Büdcə İdarəsinin rəisi olmuş, hazırda təqaüddə olan Namiq Poladovun dindirilməsi ilə bağlı vəsatət verib.
O, bildirib ki, 4 milyon 600 min manatla bağlı hissədə Namiq Poladovun dindirilməsi zəruridir. Onun sözlərinə görə, Nizami Məmmədov özünü təqsirli bildiyi hissə ilə bağlı 12 milyon 200 min manat vəsaiti dövlət büdcəsinə ödəniş edib. Vəkil qeyd edib ki, Nizami Məmmədov nazirliyin Maliyyə və Büdcə İdarəsinə rəis gələndə Namiq Poladov digər vəzifəyə keçirilib.
"Namiq Poladov Nizami Məmmədovun yeyinti faktlarından məlumatlı olmasını inkar edib. Namiq Poladov Maliyyə və Büdcə İdarəsindən çıxarıldıqdan sonra Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəis müavini vəzifəsinə təyin olunub. Onun inspektoru olub. O da daim təftişçilərdən kurasiya pulu yığıb.
Hakim Fikrət Əliyev vəkilin Namiq Poladovla bağlı vəsatətinə növbəti prosesdə münasibət bildirəcəklərini deyib
Növbəti məhkəmə prosesi iyun ayının 14-nə təyin olunub.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə idarəsinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə dövlətə dəymiş ziyan ümumilikdə 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı artıq ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb(Report).
Hakan Çalhanoğlu Türkiyə liqasından imtina etdi: "Burada xoşbəxtəm"
Növbəti üç gündə bəzi ərazilərdə leysan yağacaq - Xəbərdarlıq
AHİK-ə sözçü təyin edildi
PA-nın vəzifəli şəxslərinin qəbul günləri açıqladı - CƏDVƏL
SOCAR-ın iki vitse-prezidenti vəzifədən gedib? - Maraqlı dəyişiklik
Azərbaycanın dövlət xadimləri adından saxta məlumatlar yayılır - Xəbərdarlıq + FOTO
Füzulidə dağlıq ərazidə yanğın başlayıb
Azərbaycana köçürülmək istəyən 21 tələbəyə yox deyildi - Səbəb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Saatlı rayon prokuroru vəzifədən azad olunub - Yeni təyinat
Nazir onu İstintaq idarəsinə rəisi təyin etdi
"Synergy Group”un 3 milyon manatdan çox vergi borcu var
"Şəmkir"də baş məsqçi təyinatı olub
İran prezidenti: "İsrailin istənilən hərbi hücumuna hazırıq, lazım gələrsə..." - "Biz təhdidləri qəbul etmirik..."
Hərbçimiz vəfat edib
Magistraturaya sənəd qəbulu başlayır
Ağdam və Ağdərədə meşəlik ərazidə yanğın başlayıb - İki helikopter havalanıb (YENİLƏNİB)
Onlar “Yüksəliş” müsabiqəsinin qalibləri seçildi - SİYAHI
İKİ NAZİRLİK YOXLADI: yarım milyonluq yeyinti, 26 vəzifəli şəxsin cəzalandırılması və... - Rəsmi məlumat yayıldı
Bir ay sonra verilən gecikmiş elektron cavab - Qan Turalının "putyovka" istəyinə "yox" deyilib
İki rayona prokuror təyin olunub (Yenilənib)
Prezident Dövlət Agentliyinə iki milyon manat ayırıb - Sərəncam
Əməliyyat İdarəsinin rəisi bu rayona prokuror göndərildi - Kamran Əliyevdən daha iki təyinat
Ceyhun Bayramov İsrail səfirini qəbul edib: "Ölkəmiz Yaxın Şərqdə sülhə töhfə verməyə hər zaman hazırdır"
Ali Məhkəmənin sabiq sədri AHİK-in "hücumu"na qəzəbli cavab verdi: "Hərşeyşünaslar başları çıxdı-çıxmadı, hər şeydən danışırlar"
Mərdəkanda dənizdə 18 yaşlı gənc boğulub
100 minə yaxın qanunsuz tikilmiş evlər sənədləşdiriləcək - Əmlak Xidməti rəsmən açıqladı
"Fənərbağça" Qranit Xakaya təklif göndərib
Sabah hava necə olacaq? - Proqnoz
DİN-dən MÜHÜM ƏMƏLİYYAT: nüfuzlu şəxslərin şəxsi məlumatlarını ələ keçirən şəxs qandallandı (TƏFƏRRÜAT)
"Sevilya" "Trabzonspor"un yarımmüdafiəçisinin "qapısını döyüb"
"Kocaelispor" qapıçı transfer edib
"Atalanta" "Fənərbağça"nın oyunçusu ilə maraqlanır
Tanınmış vəkil “Adore"yə məhkəmədə qalib gəldi - "Heç bir məhsul təqdim etmədən külli miqdarda gəlir əldə edirlər"
Kolumbiya Universiteti bu tələbələri qovub
"Məgər Konfederasiyasının pulu yoxdur?" - "Rəhbərlik maaş istəyənləri, şikayət edənləri hədələyir"
"Kayserispor" Stefano Densvil ilə anlaşıb
"Alanyaspor" oyunçusunun müqaviləsini uzadıb
Ukrayna-Rusiya danışıqları İstanbulda olacaq
"Trabzonspor" oyunçusu ilə yollarını ayırıb
Qəzzada ölənərin sayı artıb - Aralarında uşaq və qadınlar da var
Mərkəzi Bankı uçot dərəcəsini düşürdü, inflyasiyanı isə... - Kredit faizləri enəcək?