Gürcüstanın müdafiə naziri Azərbaycana gəlib

img

10-06-2024 [15:25]


Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycanda rəsmi səfərdədir.

Gürcüstanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində o, azərbaycanlı həmkarı Zakir Həsənovla görüşəcək.

Gürcüstanın müdafiə naziri Fəxri xiyabanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə əklil qoyub.

Gürcüstan nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını da ziyarət edib, “Əbədi məşəl” abidəsi önünə də əklil qoyub(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:53 26.12.2025

Bu rayonlara qar yağır

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA