"Səbail" daha bir oyunçu ilə müqavilə bağlayıb

img

07-06-2024 [18:02]


"Səbail" klubu futbolçusu Cabir Əmirli ilə yeni müqavilə imzalayıb.

Mia.az xəbər verir ki, 27 yaşlı futbolçu daha 1 il “dənizçilər”in formasını geyinəcək.

Cabir 2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında 14 oyunda (989 dəqiqə) meydana çıxıb.

Qeyd edək ki, Bakı təmsilçisi bunadək Ağabala Ramazanov, Adil Nağıyev və Səlahət Ağayevlə yolları ayırdığını, Yusif Nəbiyev, Hüseynəli Quliyev, Samir Abdullayev, Rüfət Abdullazadə, Süleyman Əhmədovla müqaviləni yenilədiyini, Fərid Nəbiyevi isə transfer etdiyini rəsmən açıqlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA