Yaponiyada daha bir güclü zəlzələ oldu, 5 bina çöküb - Yenilənib

img

03-06-2024 [09:00]


Yaponiyanın qərbindəki İşikava prefekturasında bu gün daha bir güclü zəlzələ baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Məlumata görə, bu gün səhərə yaxın 5.9 bal gücündəki zəlzələdən az sonra İşikava prefekturasında 6 bal gücündə daha bir zəlzələ olub.

Məlumata görə, nəticədə Noto yarımadasında yerləşən Vacima şəhərində 5 bina uçub. 

Hazırda ölən və ya yaralananlar haqda informasiya verilməyib.

Bölgədəki ən çox qorxu saçan atom elektrik stansiyalarında isə hər hansı anormallıq aşkar edilməyib.

***

Yaponiyanın qərbindəki İşikava prefekturasında 5,9 bal gücündə zəlzələ baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, İşikavanın Noto yarımadasının şimal-şərq sahilində yerləşən Suzu şəhərində 5,9 bal gücündə baş verən zəlzələ yerli vaxtla saat 06.31-də 10 kilometr dərinlikdə qeydə alınıb.

Yeraltı təkanlar İşikava və ətraf prefekturalarda, o cümlədən yaxınlıqdakı Fukui və Niiqatada hiss olunub.

Məlumata görə, hazırda da bölgədə 2-3.5 bal gücündə zəlzələlər davam edir.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

09:53 26.12.2025

Bu rayonlara qar yağır

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA