İlham Əliyev Litva Prezidentinə məktub göndərib - MƏTN

img

29-05-2024 [14:59]


Prezident İlham Əliyev Litva Prezidenti Gitanas Nausedaya təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Litva Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Litva əlaqələri xoş ənənələrə malikdir. Hazırda bir sıra sahələrdə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün imkanlar vardır. İnanıram ki, mövcud potensialdan istifadə edərək xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin inkişafı, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, Litvanın rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

09:53 26.12.2025

Bu rayonlara qar yağır

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA