ABŞ-da vitse-prezidentlik iddiasında olan Nikki Heyli İsraildə bombaların üzərində belə yazdı: "Bitirin onları" - FOTOLAR

img

29-05-2024 [10:26]


ABŞ siyasətində nüfuzlu şəxslərdən sayılan ölkənin BMTp0-dəki keçmiş daimi nümayəndəsi, Trampla prezidentlik yarışında olmuş və sonradan onun xeyrinə geri çəkilərək vitse-prezidentlik üçün anlaşdğı iddia olunan Nikki Heyli İsrailə gedib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, burada bir çox rəsmilərlə yanaşı, qatı dindar yəhiudilərlə və hərbçilərlə bir araya gəlib.

Daha sonra isə o, hərbi bazada olan mərmilərin üzərinə "ürək" işarəsi ataraq, Qəzzada İsrailə qarşı savaşanların məhvini tezləşdirməyi arzulayıb: "Bitirin onları..."

Xatırladaq ki, İsrailin Rəfaha hücumuna beynəlxalq aləm etiraz eləs də, Ağ Ev və Dövlət Departamentdən ard-arda Tel-Əvivə tam dəstək mesajları verilir.

Tahir Şəlvəli

Mia.az

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

09:53 26.12.2025

Bu rayonlara qar yağır

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA