01-07-2014 [12:08]
Neçə aydır "Yeni Müsavat”ın müxbiri
Fərahim İlqaroğlunun məsələsi gündəmi məşğul etməkdədir. Bu gənc və fəal
jurnalist, arıqlamaq istəyənlərə "Azər Həsrətin Xəzər TV-dəki "Tərs bucaq”
verilişinə baxmağı” tövsiyə edən həmkarımız evinin düz girişində, idmançı
olduğu deyilən birisi tərəfindən döyülüb. Bir başqası isə həmin səhnəni
müşahidə edib. Döyənlərin bəxti onda gətirməyib ki, Fərahimin maşınındakı video
qeydiyyat qurğusu işlək halda olub və olanları sonadək qeydə alıb. Yəni bu olay
bir cinayətdir və cinayəti törədənləri tapıb cəzasını vermək üçün hüquq
mühafizə orqanlarının çox da əziyyət çəkməsinə gərək qalmır. Elə ona görə də
ilk günlər ümid edilirdi ki, həmkarımızı döyən(lər) qısa müddət içində layiq
olduqları cəzanı alacaqlar.
Hüquq mühafizə orqanları ilk günlər
doğrudan da fəal göründülər. Əldə olan şəkillər və videodan hərəkət edərək
jurnalisti döyəni tapdılar. Hələ bir az çevik şəkildə olayı araşdırmağa da
başladılar və birdən... məsələ uzandıqca uzandı. Bu gün də bitmir bu məsələ.
İndi soruşmaq lazım ki, ortalıqda nə gizli mətləb var ki, döyən bəlli, döyülən
bəlli olduğu halda məsələ qapanmır?
Bu sualın cavabını, deyəsən, "Yeni
Müsavat”ın araşdırmalarında tapırıq. Qəzet iddia edir ki, Fərahimin döyülməsini
sifariş edən deputat Elton Məmmədovun oğluymuş. Deputatsa bunu özünə, ailəsinə
qarşı böhtan adlandırır. Və iddia edir ki, o və ən yaxınları ziyalı
insanlardır, belə əməllərə əl atmazlar. İnanmaq istərdik. Hərçənd ki, bu
"ziyalı ailə”nin bir üzvünün nəzarətindəki "nəqliyyat qoçuları”nın az qala hər
gün taksi sürücülərini küçələrdə döyməsini, hətta ölümlərə səbəb olmasını
görməsəydik.
Burada bir iddia da var ki, olayın
araşdırılmasını əngəlləyən bunlarmış. Elə təqsirli bilinən şəxsin cəzasını hələ
də almamasının səbəbkarı da bunlardır. Deyilənlərə görə, Fərahimi döymə
sifarişini yerinə yetirmiş gənc bunları şantaj edibmiş ki, məni xilas etməsəniz
istintaqa sifarişçinin adını deyəcəm. Ona görə də "Fərahimin işi” bu qədər
uzanır. Nə vaxt bitəcək? Bəlli deyil. Halbuki adi bir cinayət hadisəsidir, qapı
kimi dəlillər göz önündədir, məsələni hüquq müstəvisində qapatmaq üçün Şerlok
Holms qabiliyyətinə gərək yoxdur. Nə isə, biz bu olaydan əndişə duyuruq və
cinayətkarın cəzasız qalmasını cəmiyyətimiz və dövlətimiz üçün ciddi ayıb
sayırıq. Və bu ayıbın səbəbkarı kimi "Azərbaycan dövlətinə və dövlətçiliyinə
sədaqətlə qulluq etdiyini” deyən bir ailənin üzvlərinin adlarının hallanmasını
isə heç yaxşı hal saymırıq.
İndi istər-istəməz bu adamlara demək
istəyirsən ki, əgər siz doğrudan da Azərbaycan dövlətinə və dövlətçiliyinə
sədaqətlə qulluq edirsinizsə, niyə ölkənin adının qara siyahılara salınmasına
səbəb olacaq əməllərə rəvac verirsiniz? Gənc bir jurnalistin adi tənqidlərinə
bu qədər aqressiv yanaşanların Azərbaycanı sevdiyinə, onun üçün çalışdığına
kimsə məni inandıra bilməz! Bu, öz yerində.
Bir də həmkarımız Zabil Müqabiloğlunun
məsələsi var. İmişli Rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Süleyman
Bəşirov onu böhtanda suçlayaraq barəsində məhkəməyə müraciət edib. Haqqıdır,
bir şey demirik. Amma birisi bu məmura izah etsin ki, belə bir addımla
Azərbaycanın adının qara siyahılara düşməsində onun da "zəhməti” olacaq. Necə
olur ki, gecə-gündüz barəsində səhifələr dolusu böhtan, şər yazılan Prezident
İlham Əliyev bir nəfərə belə güldən ağır söz demir, hansısa 77-ci dərəcəli
məmur ömründə bir dəfə barəsində nəsə yazılan kimi məhkəməyə üz tutur? Nədir,
özünüzü Prezidentdən daha üstünmü tutdunuz da bunu etdiniz? Sizə kimsə demir
ki, haqqınızı aramayın. Arayın. Amma bunun üçün Azərbaycanda Mətbuat Şurası
adlı qurum var və buyurun, müraciət edin, əgər iddianız haqlıysa sizdən üzr də
istəniləcək, hələ bir təkzib də veriləcək. Nədir bu yerindən duran məhkəməyə üz
tutur? Bəs vətəndaş özünüidarəsi, bəs jurnalistlər, mediayla məmurlar
arasındakı anlaşılmazlıqları məhkəmədən kənar yolla həll etmək nə olsun? Niyə
bu yol varkən dərhal məhkəməyə üz tutursunuz?
Jurnalistləri həbsə atdırmaq istəyənlər
arasında bir də Mətanət İsgəndərli adlı bir müğənni var. O da iddia edir ki,
barəsində böhtan yazıblar. İttiham edilənlərsə AzNews.az xəbər saytının baş
redaktoru Elçin Zahiroğlu və jurnalist İntiqam Valehoğludur. Burda da deyirik
ki, hər bir vətəndaş öz hüquqlarından istifadə etməkdə sərbəstdir. Amma yenə də
olmazdımı ki, məhkəməyə üz tutmazdan öncə Mətbuat Şurasına müraciət edilsin? Axı
bu gün Azərbaycanda AzNews.az da daxil olmaqla ciddi media qurumları qarşı
tərəfə də tribuna verir. Elə gərək mütləq məhkəməyə müraciət edib ölkənin adını
biabır etməlisiniz? Axı normal insanlar məhkəməyə ən son vasitə kimi müraciət
edirlər. Bunu anlamaq o qədərmi çətin məsələdir? Bəs səhnələrdən Vətən, Millət
deyə nəğmələr söyləyən siz müğənnilər deyilmisiniz? İndi nə oldu da bu vətənin
adını qara siyahılara salacaq məhkəmə davası açırsınız? Görünür, sizin də Vətən
sevginiz "ziyalı ailə” olduğunu iddia edənlərin sevgisi növündəndir...
Təkrar Fərahimin məsələsinə dönərək demək
istərdim ki, vallah, ən adi bir cinayət işinin istintaqının bu qədər uzanması
kənardan heç yaxşı görünmür. Dediyim kimi, döyən bəlli, döyülən bəlli...
Azər HƏSRƏT, Mətbuat Şurası İH üzvü
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi məsələsi başa çatıb
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN
Türkiyədə klub tam başsız qaldı - Vitse-prezident də tutuldu
Sabah hava necə olacaq? - Proqnoz
"Azercell" "Kinon" tətbiqinin funksionallığını genişləndirir
QARABAĞA KÖÇ DAVAM EDİR
MİT terrora hazırlaşan İŞİD-çini qandalladı
Əli Əsədov qərar imzalayıb
Fərid Şəfiyev: "Ermənistanda keçiriləcək seçkilər bizim üçün maraqlıdır" - "Ümid edirik ki, Aİ ilə münasibətlərdə də yeni mərhələ açılacaq"
Türkiyəli nazir COP31-in sədri təyin olunub
Həbsdəki sabiq icra başçıları: hansılar amnistiyadan faydalanacaq?
Partiya sədrinin oğlu məhkəmə hakimi təyin olunub
Türkiyədə minimum əmək haqqı 1308 manat oldu - Qərar açıqlandı
İcra başçısı Günəş Şirvanskaya ilə bayram mərasimi üçün anlaşdı - 62 min manatlıq tədbir keçiriləcək