COP29 forumunun Azərbaycanda keçirilməsi: bu, ölkəmizə, onun liderinə olan güvəndir - Vaqif Şadlinski yazır
23-05-2024 [17:34]
Vaqif Şadlinski,
Əməkdar elm xadimi, professor,
Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri,
***
Azərbaycanın beynəlxalq aləmdə nüfuzu, istər regional, istərsə də ümumdünya səviyyəsində cərəyan edən hadisələrə təsir gücünün artması Respublika Rəhbəri, Cənab Prezident İlham Əliyevin dahiyanə strategiyasının, onun müdrik daxili və xarici siyasətinin nəticəsidir.
Ölkəmizin siyasi və iqtisadi məkanda qazandığı qələbələr, misli görünməmiş, reallaşması ilə tarixi hadisəyə çevrilən proyektlər, bütün azadlıqların ən yüksək səviyyədə təmin olunması, tam tolerant ictimai mühit – bütün bunlar Azərbaycan Respublikası Prezidentinin fenomenal idarəçilik təcrübəsinin, mətin iradəsinin və mükəmməl diplomatik fəaliyyətinin nəticəsidir. Azərbaycanın beynəlxalq arenada sadəcə üzv deyil, iri, qlobal problemlərin həll olunmasında lider mövqelərinə yüksəlməsi Ölkə Başçısının dünya siyasət olimpinin zirvəsini fəth etməsi ilə mümkün olmuşdur.
Məhz Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29 Azərbaycanda keçirilməsi dövlətimizin dünya səviyyəsində ən öncül mövqedə qərarlaşdığını təsdiq edir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu cür beynəlxalq tədbiri öz proqram xarakterli nitqində dərindən təhlil edərək bunları söyləmişdir: “Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi.”
Həqiqətən də COP29 konfransı ilə bağlı qərarın bilavasitə antiterror əməliyyatının – Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixdə misli-bərabəri görünməmiş qələbənin bayram edilməsi, torpaqlarımızın tam azad olunması, müqəddəs üçrəngli bayrağın Azərbaycanın hər bir guşəsində dalğalanması fonunda qəbul edilməsi böyük rəmzi məna daşıyır. Azərbaycan öz Rəhbərinin başçılığı altında hər sahədə - istər hərb meydanında, istərsə də dünyanın taleyini – iqlim dəyişiklərini müzakirə edən tədbirdə birincidir, qalibdir.
Bu – Ulu Öndərimiz, Ümummilli Liderimiz Heydər Əliyevin həyata keçən arzularının, ölkəmizin əbədi səadətinin Cənab Prezident İlham Əliyevlə bağlı olmasının təcəssümüdür. Hərb meydanında qələbəmizi gözü götürməyən qüvvələrə bu tutarlı cavab, dünya ictimaiyyətinin Azərbaycan Prezidentinin mövqeyini, onun siyasətini dəstəkləməsinin təcəssümüdür. Bütün tərəqqipərvər bəşəriyyət Azərbaycanın işinin haqq işi olduğundan xəbərdardır. COP29 konfransı kimi mötəbər bir tədbirin – dünya əhəmiyyətli qərarların qəbul ediləcəyi, gələcəyimiz olan övladlarımızın təmiz, pak bir iqlimdə yaşaması yolunda müzakirələrin aparılacağı forumun Azərbaycanda keçirilməsi onu göstərir ki, artıq bütün dövlətlər iqlim dəyişikliyi kimi tale yüklü bir problemin həlli yolunda Azərbaycanımıza, onun Liderinə, Cənab Prezident İlham Əliyevə güvənir, həmin problemin həlli yollarının müzakirəsinin tolerantlığın, insana və təbiətə qayğının, ekoloji problemlərə müasir elmi nailiyyətlərin tətbiqi ilə mübarizənin rəmzinə çevrilmiş dövlətimiz və cəmiyyətimizdə aparılmasını alqışlayır. Ümumiyyətlə, COP29, Cənab Prezident İlham Əliyev tərəfindən çox mühüm əhəmiyyətli bir tədbir kimi qeyd olunmuşdur. Dövlət Başçımız ölkələrin təmsilçiliyi baxımından bu tədbirin BMT Baş Assambleyasından geri qalmadığını xüsusilə vurğulamışdır.
Yaşadığımız torpaq, Vətənimiz dünyanın bir gözəl guşəsidir. Bütün dünyada baş verən təbii proseslər, o cümlədən bu proseslərin ən başlıcası olan iqlim dəyişiklikləri bizi də narahat etməyə bilməz. Faktlar isə onu göstərir ki, son 100 ildə, xüsusən axırıncı onilliklərdə bu dəyişikliklərin neqativ effekti göz önündədir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə axırıncı bir əsr ərzində Yer kürəsində orta temperatur 0,8 dərəcə artmışdır. Belə temperatur artımı ilk növbədə insanın fəaliyyəti, yəni antropogen faktorlarla əlaqədardır.
Təbii ki, texniki tərəqqi, atmosferə müxtəlif, xüsusən istilik effekti yaradan qazların və müxtəlif digər birləşmələrin buraxılmasına, iqlimin kəskin dəyişikliklərinə, müəyyən ərazilərdə bu dəyişikliklərin təşviş doğuracaq səviyyəyə qədər yüksəlməsinə gətirib çıxarmışdır. Okeanda isti axınların temperaturunun daha da yüksəlməsi onunla izah edilir ki, indi suyun qızması artıq 2000 metr dərinliyinə qədər gedib çatmışdır; başqa sözlə, 2 dəfə yüksəlmişdir. Bu qlobal xarakterli bir problemdir ki, 1995-ci ildə ilk konfransı keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının – COP Konvensiyasının yaranmasını zəruri etmişdir. Konvensiyanın yarandığı zamandan ən aktiv surətdə iqlim dəyişikliklərinə qarşı mübarizəyə qoşulmuş Azərbaycan öz Dövlət Rəhbərinin başçılığı altında bütün dünyaya örnək olan addımlar atmışdır. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş torpaqlarımızı “Yaşıl enerji” zonası elan etməsi, bütün dünya dövlətlərinə çağırış və nümunədir. Dövlətimiz tərəfindən 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəf kimi götürülmüşdür. Növbəti mərhələdə, yəni 2050-ci ilə qədər bu qazların miqdarının 40 faiz azaldılacağı gözlənilir.
Hər zaman olduğu kimi, doğma Azərbaycan, Vətənimiz qlobal problemlərin həllində öz Rəhbərinin müdrik siyasəti sayəsində uğurla irəliləyir və dünya dövlətlərinə nümunə sayılacaq addımlarını nümayiş etdirir. Azərbaycan Respublikası Prezidenti COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə söylədiyi tarixi nitqində qeyd etdiyi kimi: “Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.
MİA.AZ
Azərbaycan nefti 68 dollara qalxdı
Hikmət Hacıyev, Zeynal Nagdəliyev, Fuad Ələsgərov, Altay Həsənov, Ramil Usuvbov və... - Onların qəbul günləri + CƏDVƏL
Bloqerlər və influenserlərin "separat reklam" oyunları bitdi - Yeni qanun nələr vəd edir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ermənilər Bakıda hakim qarşısında: “Ağdam, Cəbrayıl, Ağdərə, Füzuli və..." (YENİLƏNİB)
"Real Madrid" Karlo Ançellotti ilə yollarını ayırdığını açıqlayıb
Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi
MHP sədrindən "namizəd olmayacam" deyən Ərdoğana mesaj: "Türkiyənin sənə ehtiyacı var, geri çəkilə bilməzsən..."
Mərkəzi Bankın valyuta ehtiyatları artıb, qızıl isə azalıb - Hesabat
Dövlət Agentliyi, MSK, ƏƏSMN... - Bu qurumların istismar müddəti bitmiş xidməti maşınları satışa çıxarıldı
Qurban bayramı: 126 ünvanda heyvan satışı və kəsimi olacaq - SİYAHI
İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Lalə Şövkətin oğlu: "O, heç vaxt öz görüşləri haqqında danışmır" - "Qarşıda çox xoşagəlməz hadisələr ola bilər"
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
Hücumçu "Fənərbağça"dan ayrılır - Azarkeşlərə görə
Lavrov: Azərbaycanla Ermənistan arasında sazişə dəstək verməyə hazırıq" - “Ermənistanla Türkiyə arasında..."
Rusiya XİN başçısı Vatikana "yox" dedi: "Ukraynaya Zelenskinin qanunları ilə yaşamağa imkan verməyəcəyik"
Kənd təsərrüfatı subsidiyaları: güzəştli kreditlər, lizinq mexanizmləri və... - İlham Əliyev dəyişikliyi təsdiqlədi
İndoneziyada 5,7 bal gücündə zəlzələ olub - 100-dən çox ev dağılıb
Məhkəmə tiktoker Vüqar Zeynalzadə haqqında qərar verdi - Həbs qətimkan tədbirinin müddəti uzadılıb
QARABAĞA NÖVBƏTİ KÖÇ OLUB
Ərdoğan "Aşkım" dediyi şəhərdə uduzur - Sorğu
Deputatar nə vaxt toplanacaq? - Spikerdən açıqlama
İsrail ordusu Qəzzada 75 məntəqəyə havadan zərbə endirib
Yunanıstanda əhali qorxuya düşüb - İçməli suda uran aşkarlanıb
“Yaşayış minimumu haqqında” qanuna dəyişib
Dövlət qulluğu haqda qanun dəyişdi
Sabah yağış yağacaq
Həsən Həsənov M360 Eurasia 2025-də rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb
Bir qrup israilli fələstinlilərin evlərini yandırıb
İran prezidenti İlham Əliyevə məktub göndərdi: "Ortaq tariximiz, qırılmaz bağlarımız..."
DİM sədri tənqidçilərini "topa tutdu": "Vicdanlı olun, bilmirəm sizə ekspert adını kim verib, hansı ali məktəb bitiribsiniz...”
Azərbaycanla Pakistan arasındakı daha bir saziş təsdiqlənib
Merkeldən xəbərdarlıq: "Bu, olmalıdır, yoxsa Avropa məhv olacaq"
Əli Əsədov sığorta haqqında qərar imzalayıb
Prezident İlham Əliyev DİN başçılarını qəbul edib: "Zirvə görüşü zamanı önəmli qərarlar qəbul ediləcək" - FOTOLAR (YENİLƏNİB)
Türkiyə ordusunda FETÖ əməliyyatı: 56 hərbçi saxlanıldı
Alman turist İtaliyada tarixi əsəri oğurlayıb
Naxçıvanda kimin səlahiyyəti azaldılacaq? - Ali Məclislə Xüsusi nümayəndə arasındakı ikili idarəçilik problemi həll olunur
“Expressbank”la bağlı qalmaqal - Məhkəmə işi
Azərbaycan nefti 66 dollara endi