Ramal Quliyev Özbəkistanda birinci olub

img

23-05-2024 [16:14]


Özbəkistanda Gennadi Arzumanovun xatirəsinə həsr olunmuş yarışa Türkiyə millisinin heyətində qatılan Ramil Quliyev qızıl medal qazanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, 200 metr məsafəyə qaçışda birinci olub.

Türkiyə Atletika Federasiyasından verilən məlumata görə, Ramil və Batuhan Altıntaş paytaxt Daşkənddə keçirilən Dünya Atletika Assosiasiyasının Qitə Turunun bürünc kateqoriyalı təşkilatları arasında yarışıb: "Kişilər arasında 200 metr məsafəyə qaçış finalında idmançımız Ramil 20,4 saniyə ilə birinci yeri tutub. Finiş xəttinə 21,1 saniyəyə çatan Batuhan isə 3-cü yeri tutub".

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:21 19.07.2024

Sabah yağış yağacaq