Azərbaycanlı rəssamın Odessada "Həyat oyunu" - FOTOLAR

img

23-05-2024 [00:02]


Bu gün Odessada çox dəyərli bir soydaşımızla tanış oldum.

Vasif Babayev 1971-də ilk paytaxtımız Gəncədə doğulub. 30 ildən çoxdur Odessada yaşayır. Atası Nazim Babayev Azərbaycanın əməkdar rəssamıdır. 

Nazim bəy Odessa Milli Hüquq Akademiyasını bitirib. Özünün dediyinə görə, gildən hazırladığı rəsm əsərlərinin ərsəyə gəlməsinə 4-5 il öncə hobbi kimi başlayıb.

Ukrayna və Odessanın bu çətin günlərində isə şəhərimizin ticarət mərkəzlərinin birində "Həyat sadəcə bir oyundur" sərgisini təşkil etmək fikrinə düşüb.

Sərgi 24 may 17-00-da "Sadı Pobedı"  ticarət mərkəzinin ikinci mərtəbəsinin hollunda açılacaq və 6 iyun tarixinə qədər davam edəcək.

Qeyd edək ki, müxtəlif fəlsəfi anlam daşıyan əsərlər  arasında Azərbaycanımızın Qarabağ zəfəri və Ukraynada 3 ildir davam edən amansız savaş mövzularına da toxunulub.

Soydaşlarımızı sərgiyə dəvət edirik.

Sərgidə nümayiş olunacaq əsərlərdən bəzilərini təqdim edirik:

Anar Natiqoğlu,

MİA.AZ
 

img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:21 19.07.2024

Sabah yağış yağacaq