Ədliyyə nazirinə yeni səlahiyyət verildi - Təyinatlarla bağlı

img

22-05-2024 [19:20]


Azərbaycan Prezidenti 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən Ədliyyə nazirinin səlahiyyətləri artırılıb.

Fərmana əsasən, nazir artıq  nazirliyin baş idarə və idarə rəislərini vəzifəyə müstəqil şəkildə təyin və azad edə biləcək.

Qeyd edək ki, əvvəllər bu, Azərbaycan Prezidenti ilə razılaşdırılmaqla həyata keçirilirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR