İcra başçısı Hacı Qalibin villasını qapısını bağlatdırdı - Sabiq deputat sualdan yayındı
22-05-2024 [15:29]
Bilgəh qəsəbəsində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus villanın qapısı daşla hörülüb.
Bu barədə Qaynarinfo-ya daxil olan məlumatda iddia edilir ki, keçmiş deputata məxsus villanın qapısının daşla hörülməsi Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin göstərişi ilə həyata keçirilib.
İddialara görə, bir neçə gün əvvəl Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) əməkdaşları əraziyə gələrək baxış keçirib. Daha sonra əraziyə bir maşın daş gətirlib və Hacı Qalib Salahzadənin villasının qapısı hörülüb. Qaynarinfo məlumatı dəqiqləşdirmək, eyni zamanda olayın səbəbini öyrənmək üçün keçmiş deputatla əlaqə saxlayıb. Hacı Qalib Salahzadə isə baş verənlər barədə danışmaq istəmədiyini deyib: "Mən bu barədə heç nə danışmaq istəmirəm".
Hacı Qalibin sadəcə bu barədə danışmaq istəmədiyini söyləməsi, məlumatı təkzib etməməsi həqiqətən belə bir hadisənin baş verdiyini göstərir.
Bu baxımdan, əməkdaşımız olayın səbəblərini araşdırmağa çalışıb. Məlum olub ki, Bilgəh qəsəbəsinin həmin hissəsi bulvar tipli çimərlik üçün nəzərdə tutulubmuş. Layihəyə görə "Amburan" İstirahət Mərkəzinin sərhədindən tutmuş Nardaran qəsəbəsinə qədər ərazi bulvar olmalı imiş.
Lakin Hacı Qalib Salahzadə Bilgəh bələdiyyəsinin sədri olarkən ərazi satılıb.
Bildirilir ki, Bilgəh qəsəbəsinin həmin hissəsində yalnız Hacı Qalib Salahzadənin deyil, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun, iş adamı İsgəndər Xəlilovun, "Azərbaycan Hava Yolları" QSC-nin keçmiş sədri Cahangir Əsgərovun, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin, "AST Telman" kimi tanınan iş adamı Telman İsmayılovun, "AzNar" şirkətinin sahibi, iş adamı Fərhad Əhmədovun və başqa çoxsaylı oliqarxların da villaları var. Söhbət bir neçə hektarlıq ərazidən gedir.
Yeri gəlmişkən, həmin əraziyə düşən küçənin Hacı Qalib Salahzadənin atası Aslan Salahzadənin adını daşıdığı bildirilir. Sabunçu Rayon İcra Hakimiyyətinin saytında da küçənin adı "Aslan Salahzadə" olaraq qeyd edilib.
İddialara görə, Bilgəh bulvarı ilə bağlı layihənin icrasına başlanılarkən bu villaların sökülməsi mümkündür.
Məsələ ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu bələdiyyəsi ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.
Mingəçevirdə qayıqda yanğın: yaralılar var - SİYAHI
Bu gün Qurban bayramıdır
Ordubadda qısas: 50 yaşlı şəxs öldürüldü
Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd edilib
Nazirlikdə direktor təyinatı olub
İran və İsveç məhbusların mübadiləsi barədə razılığa gəlib
Ələsgər Məmmədli hospitala köçürülür: "O, öz həkimləri tərəfindən müayinə ediləcək"
Prezident İlham Əliyev III Çarlza məktub ünvanlayıb - MƏTN
İlham Əliyevdən Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət: "Yeni strateji hədəflərə doğru inamla irəliləyən..."
Azərbaycan neftinin qiyməti 84 dolları ötüb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İlham Əliyevdən Milli Qurtuluş Günü ilə bağlı - Paylaşım (FOTO)
Azərbaycanda Milli Qurtuluş Günüdür
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib - FOTO
Batşuayi "Fənərbağça" ilə yenidən anlaşdı - 4 milyon avroya
Ərdoğan İtaliyada Papa ilə ayaqüstü söhbət etdi: "İsrailə təzyiqi artırmaq lazımdır" - FOTOLAR
Tərtərdə 32 yaşlı şəxs öldürülüb
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - MN-dən açıqlamalar (Yenilənib)
Qəzza zolağında 40 nəfər aclıqdan ölüb
I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edilib
Ronaldo: "AVRO-2024-də kuboku qazanacağımıza inanırıq"
Nəsimi RİH başçısı rayonun ümumtəhsil müəssisələrinin “Son zəng” tədbirlərində iştirak edib - FOTOLAR
Qurban Qurbanov oğlunu "Qarabağ"a gətirdi
“Azərsilah”da direktor təyinatı olub
Hava şəraiti ilə bağlı daha bir - Xəbərdarlıq
Dövlət Proqramı çərçivəsində sənəd qəbulunun müddəti uzadılıb
Tofiq Yaqublu hakim qarşısına çıxarıldı - Məhkəmə prosesi
BİR QUDA İSTEFA VERDİ, DİGƏRİNİN TƏYİNATI "DONDURULDU" - Agentlik sədrinin arzusu "gözündə qaldı"
İYİ Partiyadan daha bir deputat istefa verdi - Açıqlama
Putin Ukraynaya şərt qoydu: "Danışıqlara başlamalıyıq"
Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı - Məhkəmə iclası
İlham Əliyev xalqı təbrik etdi - Qurban bayramı ilə bağlı
Prezident İlham Əliyev Fərman imzalayıb
Girovgötürmə, zorlamaya cəhd... - Məşhur komediya verilişinin aparıcısı saxlanıldı və...
Nazir daha bir direktoru vəzifədən çıxarıb
BDU-da yeni ixtisas və ixtisaslaşmalar açılacaq
Deputatlar bu tarixdə yenidən toplanacaq
Nazirdən orduya çağırış: "Onları ac buraxın..."
ABŞ-da təyyarə qəzaya uğrayıb - Ölənlər var
Ziya Kazımovun ailəsi general Kərim Vəliyevə müraciət etdi - Ali məhkəməyə xasiyyətnamə göndərilməsi üçün
Deputat: "Bu qaydaları Gürcüstanda yaşayan azərbaycanlılara tətbiq etmək düzgün deyil"
AVRO 2024: Fransa yığmasının 4 futbolçu məşqdən yayınıb