Türkiyə mafiyasının lideri İtaliyada saxlanıldı - Birgə əməliyyatla

img

22-05-2024 [12:36]


Qırmızı bülletenlə axtarışda olan türkiyəli mafiya lideri Barış Boyun İtaliyada tutulub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, italyan və türk polisindən ibarət birgə qrupun "İnterpol"la əməkdaşlıq çərçivəsində Milan və Romada həyata keçirdiyi əməliyyatla qandallanıb.

Məlumata görə, əməliyyatla ümumilikdə 19 nəfər saxlanılıb: "Saxlanılanların hamısı Barış Boyuna sadiq şəxslərdir. Barış Boran isə silahdaşlarından fərqli olaraq, bu gün səhər saatlarında paytaxt Romadan 90 kilometr aralıda yerləşən Viterboda tutulub. 40 yaşlı Boyun Türkiyədə ən çox axtarılanlar siyahısında ilk sırada yer alır. O, bir çox cinayətlərin təşkilatçılığında ittiham olunur"

Xəbərdə o da deyilir ki, bu ilin aprelində ona bağlı olan çetenin üzvləri İzmirdə tutulub: "Həmin vaxti Türkiyə DİN İtaliyaya sorğu verib Barış Boranın həbsini tələb etsə də, qarşı tərəfə buna əməl etməyib..."

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR