Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Qazaxıstana təhvil verdi

img

22-05-2024 [11:16]


Azərbaycan beynəlxalq axtarışda olan Qazaxıstan vətəndaşı Sadırbayov Serik Sırlıbayeviçi ölkəsinə təhvil verib.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, 1989-cu il təvəllüdlü Qazaxıstan vətəndaşı Sadırbayov Serik Sırlıbayeviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

Qazaxıstanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş S.S. Sadırbayov 2024-cü ilin fevral ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilib.

Serik Sadırbayov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR