Meksikada mafiyalararası "razborka": güllələnən 10 nəfərin cəsədi tapılıb

img

22-05-2024 [08:26]


Meksikanın Gerrero əyalətində xeyli şəxs güllələnib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə əyalət polis idarəsinin verdiyi məlumata əsasən, ötən gün Akapulko şəhərinin Emliano Zapata məhəlləsində eyni vaxtda güllələndiyi güman edilən öldürülmüş 10 nəfərin cəsədi aşkarlanıb.

Məlumata görə, onlar mütəşəkkil cinayətkar qruplaşmalar tərəfindən "daxili hesablaşma" zəminində öldürülüblər: "Onlar güllələnərək öldürüldükdən sonra küçə kənarında üst-üstə yığılıblar...".

Xəbərdə deyilir ki, polis şübhəlilərin tapılması üçün araşdırmalara başlayıb.

Qeyd edək ki, Sakit okean sahilində yerləşən Akapulko şəhəri narkotik ticarəti üçün tranzit məntəqə hesab olunur.

Məlumata görə, 2023-cü ildə Gerreroda 1890 nəfər zorakılıqla öldürülüb.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR