Prezident İlham Əliyev İran səfirliyində olub, matəm kitabına ürək sözlərini yazıb - FOTOLAR
21-05-2024 [13:30]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib.
Mia.az xəbər verir ki, İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi dövlətimizin başçısını qarşıladı.
Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazdı.
Sonra səfirliyin müvəqqəti işlər vəkili ilə söhbət edən Prezident İlham Əliyev deyib:
- İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisinin faciəli şəkildə həlak olması bizim hamımızı dərindən sarsıtdı. Onunla bərabər xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər şəxslər faciəli şəkildə həlak olublar. Allah onlara rəhmət eləsin. İran xalqının başı sağ olsun. Bu, böyük itkidir. Bu itki təkcə İran xalqına, dövlətinə üz verməyib, bütün müsəlman aləminə üz verib.
Seyid İbrahim Rəisi böyük dövlət xadimi idi, görkəmli siyasətçi və İran xalqının etibarını qazanmış böyük şəxsiyyət idi. Onunla çoxsaylı görüşlərim hər zaman məndə çox böyük təəssürat izi buraxırdı. Onunla son görüşüm isə tarixi bir görüş idi. Həm o, həm də mən bu görüşü məhz tarixi görüş adlandırmışdıq. Dövlət sərhədində böyük infrastruktur layihəsinin açılışında birgə iştirakımız İran-Azərbaycan əlaqələrinin nə qədər möhkəm olmasından xəbər verirdi, həm xalqlarımıza, həm bütün dünyaya çox açıq mesaj idi ki, biz dostuq, qardaşıq, biz bundan sonra da birlikdə olacağıq. Açılış mərasimindən sonra həm mərhum Prezident Rəisinin, həm də mənim rəsmi açıqlamalarımız çox ciddi siyasi məna daşıyırdı. Hər iki Prezident açıq bəyan etmişdi ki, bu bölgənin gələcək inkişafında bölgədə yerləşən ölkələr fəal iştirak etməlidirlər.
Faciənin baş verməsi, əlbəttə ki, böyük dərddir, həm onun yaxınlarına, həm onu tanıyanlara. Amma təsəlli verən odur ki, o, öz həyatını İran xalqının inkişafına həsr etmişdir. İran dövlətinin milli maraqlarının müdafiə edilməsində onun xüsusi rolu var idi. Həm Prezident vəzifəsində çalışdığı zaman, həm ondan əvvəlki dövrlərdə o, İran xalqının rifahını yaxşılaşdırmağa çalışırdı və milli maraqların müdafiəsində onun böyük rolu olmuşdur.
Bildiyiniz kimi, faciədən əvvəl biz iki saatdan çox birlikdə idik. Bir saatdan çox davam edən ikitərəfli görüş əsnasında bir çox önəmli məsələlər müzakirə edilmişdir. İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənmişdir və hər iki tərəfin güclü siyasi iradəsi bir daha nümayiş etdirilmişdir. Bununla bərabər, biz konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmışdıq, önəmli qərarlar qəbul edilmişdir. O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək. Çünki bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir və biz mərhum Prezident Rəisi ilə söhbət əsnasında qəti iradəmizi bildirdik ki, bundan sonra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda.
Əfsuslar olsun ki, gələcək layihələrin icrasını görmək ona nəsib olmadı. Tale ilə hər kəs barışmalıdır. Ancaq yenə də deyirəm, təsəlli verən amil odur ki, öz həyatını İranın inkişafına qurban vermişdir və bizim yaddaşımızda, İran xalqının, Azərbaycan xalqının yaddaşında o, parlaq şəxsiyyət, böyük dövlət xadimi, Azərbaycan dövlətinin və xalqının böyük dostu kimi qalacaq. Bir daha başınız sağ olsun. Allah rəhmət eləsin.
***
Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib.
Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha iki "tiktoker"in barəsindəki həbs müddəti uzadıldı
SOCAR-ın yeni layihəsi: Albaniyada bir şəhərinin qazlaşdırılmasının təqdimatı olub - Açıqlamalar
Ceyhun Bayramov sülh sazişindən danışdı: "12 sənəd layihəsi dəyişdirilib, ancaq..."
Yardımlı rayonunda zəlzələ olub
BAKIDA SÖKÜNTÜ: kv.metrə 1300 manat verilir - Bununla başqa yerdə mənzil almaq olar? (VİDEO)
Jurnalisti "qanuni oğrular"la hədələyən kimdir? - "Dedi ki, adam tutmuşam, hər ikinizi öldürəcəyəm”
50-dən çox qonağın zəhərləndiyi şadlıq evindən açıqlama: “Nə oldu zalın birində zəhərlənmə oldu, digərində yox..."
Ağdadaş Ağayev: "Gecələri demək olar ki, yatmıram, yazıram..."
Aclıq aksiyası keçirən Tofiq Yaqublu müayinə olunub - Qızı açıqladı
Sabah yağış yağacaq
Paşinyan sərhəddə: “Bu, məşhur Kirants divarıdır, onun digər tərəfində Azərbaycan yerləşir” - FOTOLLAR
Məktəbli qızlarımız ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcək - FOTOLAR
Dövlət Nəzarəti Xidmətinin ştat vahidi artırıldı - Fərman
“Kredit büroları haqqında” qanun dəyişib
Prezident “Mühasibat uçotu haqqında” qanunu təsdiqlədi - Dəyişiklik
Prezidenti işğaldan azad edilmiş ərazilərlə bağlı yeni qanunu təsdiqlədi - Nələr olacaq?
Bakıda ahıl qadının 80 min manatını ələ keçiriblər
Müğənni Qumral: "Biz ailə xanımıyıq, gecə saat 2-də, 3-də..."
DİN: "Bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var"
GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ - O, kimdir?
Ermənistan sərhəddə növbəti təxribat törədib - MN açıqlama yaydı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mərmərə dənizini çirkləndirən gəmi sahibinə cəza kəsilib - 26 milyon
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı faktlar nümayiş olunub - FOTOLAR
İlham Əliyev, Mehriban Əliyeva və nəvələri “Sea Breeze”də - FOTOLAR
ABŞ BUNKER DƏLƏN BOMBA DOLU 9 TƏYYARƏNİ İSRAİLƏ GÖNDƏRDİ - "Nəyin bahasına olursa olsun, İranı vuracağıq"
“İsrail olmasaydı, Amerika onu yaradardı” - Amerikanın Yaxın Şərqdə batmayan gəmisi (TƏHLİL)
Rusiya Donetskdə 4 yaşayış məntəqəsini ələ keçirib
Bakıda təmir adıyla 105 milyonluq tender...
Donald Tramp "Siz avropalılara "parazit" demisinizmi?" sualından özünü itirdi: "Nədən bəhs etdiyini bilmirəm"
ƏƏSMN: "Müavinət və təqaüdlərdə bu il növbəti artımlar ediləcək"
ABŞ-da əcnəbi tələbələrin vizası ləğv edilir
Şirvanda saxta araq satılırmış
AFFA “Turan Tovuz”un şikayətini rədd etdi
Bakıxanov, Köhnə Günəşli, İmişli və Qubada ağacları kəsiblər
İlham Əliyev xristian icmasına məktub göndərib - MƏTN
"Bəs sizcə, kimlərə haqsızlıq oldu?" - Qənirə Ataşovadan nazirliyin siyahısına maraqlı reaksiya
"2000-ci ildə ailə qurub Rusiya vətəndaşlığı almışam və..." - Milyonluq məhkəmə işi
ABŞ Suriyadakı 8 bazadan 3-nü qapatdı - Hərbçilər geri çəkilir
Diplomatlar Şuşaya gediblər
Müğənni mollanın təklifinə "yox!" dedi
Məhkəmədə zərərçəkmiş şəxs Madat Babayanı tanıdı: "O, “sən türksən” deyib məni təpiklədi"
Xəzər dənizi geri çəkilir: ekspertlər həyəcan təbili çalır