İsrail sərhəd qapılarını bağladı: 3 min yardım maşını qapıda qaldı

img

20-05-2024 [09:17]


İsrailin “Refah” və “Kerem Əbu Səlim” sərhəd qapılarını 13 gün müddətinə bağlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 3 mindən çox yardım maşınının Qəzza qapılarında qalıb.

Fələstin hökumətindən bildirilib ki, bu, Qəzzada, xüsusilə şimal bölgələrində dəhşətli aclığın yenidən başlayacağı deməkdir: "İsrail bununla yanaşı, 690 xəstə və yaralının müalicə üçün xaricə getməsinin qarşısı da alıb. Sərhəd qapılarının bağlı saxlanması mövcud dərin humanitar böhranı ikiqat artıracaq. ABŞ rəhbərliyi, Avropa Birliyi və beynəlxalq ictimaiyyət soyqırımın qarşısının alınmasında üzərinə düşən vəzifəni yerinə yetirmədi. Əksinə, buna yaşıl işıq yandırdılar. Onlar bu dəhşətin məsuliyyətini daşıyırlar...".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA