23 yaşlı model salonda güllələndi - FOTOLAR

img

30-04-2024 [00:22]


Gözəllik yarışmasının qalibi, 23 yaşlı model salonda dostu ilə söhbət edərkən güllələnərək öldürülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Ekvadorda cinayət faizinin ən yüksək olduğu bölgələrdən biri olan Los Rios əyalətində baş verib.

Məlumata görə, 2022-ci ildə "Miss Ekvador" yarışmasının qalibi olan Lundy Parraqa çoxsaylı güllə yarasından elə yerindəcə ölüb.

Ekvador mediası yazıb ki, polis sui-qəsdçi və onun arxasındakı dəstə ilə bağlı axtarışa başlayıb: "Bu arada Lundy Parraqanın mafiya qrupları ilə "əlaqə"ləri üzə çıxıb. Aydın olub ki, onun adı bir mafiya ilə bağlı aparılan istintaq işində keçib. Bundan başqa, onun az əvvəl ölən narkotik alverçisi Leandro Norero ilə çirkli pulların yuyulması ittihamı ilə ifadəsi alınıb. Polis hazırda bu sui-qəsdlə həmin işlərin arasında hansısa "rabitə"nin olub-olmasını da araşdırır". 

Ləman

MİA.AZ

img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 16.05.2024

Sabah yağış yağacaq