İsrail əsgərləri daha 15 fələstinlini həbs edib

img

29-04-2024 [00:07]


İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində əməliyyatlarını davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son əməliyyatla daha 15 dinc sakin qandallanıb.

Bu barədə Fələstin Əsirlər Dərnəyi bəyanat yayıb.

Bildirilib ki, İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə son sutkada da reydləri davam etdirib: "Son reydlərdə ikisi uşaq, biri gənc qız olmaqla, azı 15 fələstinli tutulub. Bununla da 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahilində saxlanılan fələstinlilərin sayı 8 min 495-ə yüksəlib".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 13.05.2024

Sabah yağış yağacaq