Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
23-04-2024 [00:01]
Qoç - hadisələrin olduğundan artıq səviyyəcə ciddi qəbul edərək düşünülməmiş qərarlar verməyin. Təmkinli olun, hövsələsiz davranmayın. İşlə aktiv şəkildə məşğul olun. Yaxın ətrafınızdakı insanlar sizi müdafiəçi, xilaskar, situasiyanın hərəkətverici qüvvəsi sayırlar. Sizə əlavə iş tapşırılmasına, yardım istəklərinə, ciddi işə dəvətə hazır olun. Başqasının əvəzinə qərar qəbul edərək onun işini görəcəksiniz. Orqanizmi tonusda saxlayın. Axşam saatlarında həssas olun.
Buğa - münasibətlərin gərginləşməsi, ifşa, gərəksiz etiraflar istisna deyil. Başqa şəxsin yaşam məkanına müdaxilə, özünüzü sakit hiss etməyiniz üçün həqiqət axtarışları problemlər yarada bilər. Belə davranışınız münasibətlərin homeostazına səbəb olacaq.
İnformasiya ilə çalışmaq, işdəki ləngimə və geriləmənin, habelə yaranmış problemlərin aradan qaldırılması daha məsləhətli yoldur. Toplantı və ya iclaslarda müşküllərin həlli yollarını arayın. Günün ikinci yarısında fiziki iş və ya təmrinlərdə fayda var.
Əkizlər - rasional olun, cari maddi məsələləri həll edəndə məntiqlə davranın. Bir çox işlərin öhdəsindən gələ biləcəksiniz. Buna görə də dostlar, həmkarlar və yaxınlarla münasibətlərdə konstruktiv, xoş niyyətli olun.
Praktiki işlərə üstünlük verin. Ev işləri, dostlar və qohumlarla təmasların sayı artacaq. Axşam saatlarında dostları qonaq çağırın. Yaxşı masa arxasında oturmaq da olar.
Xərçəng - uğurlu gündür. Tələsmədən, amma qətiyyətlə çalışaraq soyuqqanlı davransanız, ciddi irəliləyişə nail ola bilərsiniz.
Yaxın ətrafınızda işgüzar və sakit mühit var. Səmimi olun, münasibətlərdə açıq davranın. Görüşün, qulaq asın, müşahidə edin, baxın, soruşun. Poçt qutusunu yoxlamağı unutmyın. Ailə dəyərləri prioritetdir. Şəxsi münasibətlərə daha çox diqqət, sakitlik və müdafiə hissi gətirin. İşi də unutmayın. Sistemləşdirmə və qayda yaradılması hisslərdə də müvazinətə rəvac verəcək.
Şir - nigaranlıq günüdür. Bu gün sizi narahat edən, izafi marağınıza səbəb ola biləcək hadisə yaşanacaq. Mümkün dəyişiklikləri hiss etməyə çalışın. İmkanlarınızı və can atdığınız məqsədləri dəyərləndirin, davranış modelini konkretləşdirin. Yaxın gələcəyinizin asılı olacağı seçimi gerçəkləşdirmək zamanıdır. Səfər, səyahət və ambisiyalarınızı təmin edə biləcək istənilən planları həyata keçirin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə ciddi dəyişikliklər ola bilər. Sizə yardım etmək istəyən adam tapılacaq.
Cəsarətli olun, uğur sizin olacaq.
Qız - işgüzar həyat və şəxsi münasibətlər müstəvisidəki planları həyata keçirmək üçün yaxşı şans yaranıb. Gərəkli, sərfəli şansı görməyə çalışın. Görüş, zəngləşmək, yazışmaq, çoxdan planlaşdırılan alış-verişi reallaşdırmaq üçün əlverişli vaxtdır. Gərəkli məlumat, dostlar, əlaqələr, yardım etmək istəyən insanlar yaşamınızda peyda olacaq. Ünsiyyət dairəsini genişləndirin. Axına düşdüyünüzü hiss etsəniz, dayanmayın. Hazırda sizinlə maraqları bölüşən insanla bundan sonra da çalışa bilərsiniz. axşam saatları yaxşı məclisdə aktiv istirahət üçün yaxşıdır.
Tərəzi - detallar və xırdalıqlara diqqət yetirin. Ayıq davranıb sayıq olsanız, bəzi problemləri asanlıqla həll edəcəksiniz. Rəhbərlik və daha üst səviyyədəki insanlarla danışanda əlverişli tonu tapın. Emosiyalı olmasanız, müsbət nəticələr əldə edə bilərsiniz. Hazırda hərəkətdə olan layihə və ya bir qədər əvvəl başladığınız işi sürətləndirmək üçün yeni imkanların potensialını dəyərləndirin. Alış-verişdə simic olmayın. Axşam saatları ev işləri və ailəvi ünsiyyət üçün yararlıdır. Sakitliyə, qarşılıqlı anlaşmaya, stabilliyə can atın.
Əqrəb - bu gün çox işlərin öhdəsindən gələ bilərsiniz. Gərəkli ola biləcək informasiyalar alınacaq, lazımi insanlarla təmaslar yaranacaq. Eyni vaxtda bir neçə istiqamətdə fəaliyyət göstərin, yaxın gələcəkdə yaşanacaq dəyişikliklər üçün zəmin hazırlayın. Uzaq səfər, yazışma, sizdən uzaqda olan insanlarla əlaqələr üçün əlverişli gündür. Yaşamınızda tərəfdaşlıq əlaqələrini gücləndirin. İşgüzar tərəfdaşlar və ya şəriklərlə yeni maraq çevrəsinin, məqsədin və ya layihənin müəyyələşməsi imkanı yaranıb. Şəxsi münasibətlərdə irəliləyiş istəyi, təmasları möhkəmləndirmək cəhdi müşahidə olunacaq.
Oxatan - danışıqlar aparın, gərəkli zənglər edin, tanış və şəriklərin, habelə tərəfdaşların birgə fəaliyyətinə qatılın.
Heç nədən problem yaratmayın. İstənilən hadisədə və ya vəziyyətdə mənfəət, xeyir, irəliləyiş ünsürləri tapmaq olar. Təklifləri dinləyin, ideyaları müzakirə edin. Sonradan bu ünsürlərdən yararlana bilərsiniz. Şəxsi münasibətlərdə konkretlik və müəyyənliyə nail olun. Dostlardan və ya tanışlardan biri ilə ümumi hədəfi bəlirləmək olar. Axşam saatlarında istirahət edərək stressdən qurtulun.
Oğlaq - ailə daxilindəki münasibətlər və ya iş yerindəki durum kəskinlşə bilər. Gərginliyin yaranmasına səbəb olmuş məqamı və ya hadisəni müəyyənləşdirin. Tərs gedən işi dayandırın.
Nigaranlıq və narahatlığı müvəqqəti də olsa, unutmaq üçün iş xilasedici klapan rolunu oynaya bilər. Hadisələrin qəflətən dəyişə biləcək ritmini müşahidə edin. Maraqlandığınız nəsnələri izləyin, can atdığınız istiqamətə gedin. İnformasiya və məlumat toplayın. Adətən sizə yardım edən və lazımi istiqamətə yönəldən insanlarla təmasları aktivləşdirin. Ən ciddi problemləri itki və gərginlik olmadan həll etmək alınmayacaq. Bir mövzunun çərçivəsində qalmayın. Tənbəllik və süstlük etməyin.
Dolça - ciddi emosional və fiziki səylər tələb edən işlər günün ilk yarısından diqqətli yanaşma tələb edir.
İş qrafikini sıxlaşdırmağın yollarını düşünün. Mümkün qədər tez işə başlayaraq onları başa vurun.
Yarımçıq qalan və tamamlanmasını tələb edən işləri bitirməyə çalışın. Kollektivin üvləri arasında qarşılıqlı əlaqə normal, birgə çalışmaq rəvan olarsa, niyyətlərinizə çata bilərsiniz. Yaxın ətrafınızdakı insanları axşam saatlarında sevindirin. Həssas, qayğıkeş olun, birgə istirahəti təşkil edin.
Çox yeməyin.
Balıqlar - yaradıcı potensialınızı tam nümayiş etdirə biləcəyiniz işlərlə məşğul olun. Səfərlər, yeni informasiya və təəssüratın əldə olunmasına ehtiyac var. Bu günün ideyaları gələcəkdə faydalı ola bilər.
Həmin ideyaları yadda saxlayın ki, sonradan unutmayasınız. Şəxsi münasibətlər müstəvisində ciddi davransanız, xoş və uğurlu dəyişikliklər mümkündür. Yaxın ətrafınızdakı insanların maraqlarına diqqətlə yanaşın, planları müzakirə edin. Axşam saatlarında istirahət etməyə çalışın. Maraqlı məkana baş çəkin, əylənin, dostlarla təmasları yeniləyin.
Milli.Az
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Azərbaycan neftinin qiyməti 68 dollara çatdı
"Vatsap" proqramı bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO