Aran bölgəsində erkən nikahların qarşısının alınması ilə bağlı maarifləndirici tədbirlər keçirilib - FOTOLAR
22-04-2024 [18:14]
“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi “Ucqar ərazilərdə erkən nikahların baş verməsinin qarşısının alınması üçün əlverişli mühit yaradılmasına dəstəyin artırılması” təşəbbüsü çərçivəsində İmişli, Sabirabad, Saatlı rayonlarında ictimaiyyətin və dövlət orqanlarının uşaq nikahları haqqında məlumatlılığını artırmaq, bunun uşaqlara mənfi təsirini vurğulamaq, mövcud qanunları və siyasətləri təşviq etmək məqsədi ilə maarifləndirici tədbirlər keçirib.
Mia.az xəbər verir ki, tədbirdə yerli media, vətəndaş cəmiyyəti təşkilatları, icma əsaslı təşkilatlar, yerli hakimiyyət orqanlarının, xüsusilə hüquq şöbəsi əməkdaşları, Milli Məclis deputatlarının köməkçiləri, Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Təhsil və Səhiyyə Nazirliklərinin yeri qurumlarının nümayəndələri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura üzvü, hüquqşünaslar iştirak ediblər.
Tədbir zamanı nikaha daxil olmaq üçün Ailə Məcəlləsi ilə müəyyən edilən yaş həddi və digər tələblər, valideynlik hüququ və onların məsuliyyəti, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri, “Qız qaçırma” adəti və hüquqi məsuliyyət ilə əlaqədar məlumat verilib, qanunvericliyin tələbləri diqqətə çatdırııb.
Eyni zamanda erkən nikahın gələcək nəsillərin sağlamlığı və həyatı ilə bağlı risklər, mümkün psixoloji travmalar, ailədaxili zorakılıq üçün zəmin yaratması ilə əlaqədar müasir elmi subutlar və mütəxəssis rəyləri iştirakçıların nəzərinə çatdırılıb. Xüsusilə, qeyd edilib ki, erkən nikahın, həm də insan hüquqlarının pozulması və cəmiyyətdə sosial problemləri dərinləşdirən neqativ hal kimi nəzərdən keçirilməlidir.
Tədbirdə iştirakçılara erkən nikahların qarşısının alınmasında yerli icmaların rolu və dövlət orqanları ilə əməkdaşlıq mövzusunda müzakirələr aparılıb. İcmanın rolu və mühiti dəyişmək imkanları, İcmanın yerli dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığın qurulması ilə əlaqədar tövsiyyələr verilib və suallar cavablandırılıb.
Bu layihə Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə icra edilir.
ABŞ 75 ölkə üzrə viza prosedurunu dayandırdı - Siyahıda Rusiya, Brazilya və İran da var
Fransa İrana peyk terminalları göndərməyə hazırlaşır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı
"4 obyekt üzrə tikinti norma və qaydalarına riayət edilməyıb" - Palatanın tələbi icra olunub
Jurnalist Kamil Həmzəoğluya ağır itki üz verib
"Xankəndi" komandasında baş məşqçi dəyişib