Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
19-04-2024 [00:01]
Qoç - diqqətli, ayıq və sayıq olun. Yeni iş ritminə uyğunlaşmağınıza imkan verən təkanları təmin edən bütün dəyişikliklər və yeniliklərə sürətli reaksiya verin.
Əməkdaşlığı düzgün qurun, işi və yükü bölüşdürün. Dominat mövqe tutmağa can atmayaraq bərabər məsuliyyət və səlahiyyətlərlə kifayətlənməkdə fayda var. Bəzi hadisələri qabaqlaya bilsəniz, hadisələrin axarına daha ciddi təsir rıçaqlarına yiyələnəcəksiniz. Məqsədə çatmağın yollarını arayın. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Spontan olaraq yaxşı şanslar yarana bilər. Təxribata çəkilə biləcəyiniz situasiyalarda çox diqqətli olun. Rəqib və ya bədxah sizdən hirsli qərar, düşünülməmiş addım gözləyir ki, işləri öz xeyrinə çevirsin.
Buğa - praktiki işlərlə məşğul olun, yaşam arealını qaydaya salın. Uzun müddət rutin, yeknəsək iş görüləsi məkanda səbrli olun. Yaşamınızda yaranan mövzuları müşahidə edin. Əvvəllər də hazır olmadığınız məsələni sizə yenidən təklif edə bilərlər. Təşəbbüs və təklif sarıdan korluq yoxdur. Di gəl, başqa şəxslərin də diqqət və dəstəyinə nail olmaq gərəkdir. Yaxın günlər üçün böyük iş planlaşdırıbsınızsa, bütün gərəkli məlumatları dərhal toplayın, xəbər və informasiyaları əldə edin, yazışın, zəngləşin, sövdələşin. Axşam saatlarında əylənə bilərsiniz.
Əkizlər - hesablamalar, dəyərləndirmələr və emosional reaksiyalarda yanlışlığa yol verməyin. Səmimiliyiniz gözləntilərinizin əksinə olaraq, fərqli davranışa rəvac verəcək. Alış-veriş, maliyyə əməliyyatlarını təxirə salın.
Ailədə maddi məsələ ilə bağlı dartışma yarana bilər.
Bu zaman hər kəs öz mövqeyində qalacaq. Pərişanlıq və təəssüfə yol verməmək üçün bu gün önəmli məsələnin müzakirəsinə başlamayın. Yaşanan hadisələri diqqətlə izləyin. Situasiyanın necə dəyişdiyini, küləyin hansı istiqamətə "əsdiyini" anlamağa çalışın. Sizi böyük iş gözləyir. Psixoloji və fiziki baxımdan hazır olun. Axşam saatlarında yaxşı istirahət edin.
Xərçəng - çoxdan bəri nigranlıqla gözlədiyiniz xəbəri alacaqsınız. Ödəniş, təklif və rəğbət təzahürü istisna deyil. Bu gün ifrat aktivlik nümayiş etdirməyin. Sabah yeni qüvvə, yeni istəklərlə işə başlamaq üçün bu gün özünüzü həddən ziyadə yormayın. Bəzi problemlər aktiv müdaxilə olmadan da çözüləcək.
Günün ikinci yarısı uğurlu dönəmdir. Yaxın ətrafınızdakı insanlarla ünsiyyət zamanı qəlb sındırmayın. Çətin məsələlərin dərhal həll olunması fikrindən vaz keçərək cari proseslərin yönləndirilməsi ilə məşğul olun.
Ailə üzvü və ya dostla birlikdə alış-verişə yollanmaq olar.
Şir - yaxşı "dava" və ya müsabiqə, habelə qarşıdurma gözləntisindən qurtulun.
Pozitiv emosiyalar, həyata real baxış, perspektivlərin və yeni imkanların dəyərləndirilməsinə ehtiyac var. İntuisiyanız hadisələri qabaqlamasın. Maraqlı həmsöhbətlərlə təmaslar yeni ideyalar yarada bilər.
Günün ikinci yarısında danışıqlar aparmaq olar. Nəzərdə tutduğunuz məbləğdən artıq pul xərcləməyin, vədlərə və reklama aldanmayın, tələskən davranmayın, hövsələsizlik etməyin. Qarşınıza dəqiq məqsədlər qoysanız, hədəfə çata bilərsiniz. Nəyəsə şübhə edirsinizsə, düşünülməmiş qərar qəbul etməyin.
Qız - qəfil hadisələr və ya şərtlər bir zamanlar unutmağa çalışdığınız mövzunu sizə xatırladacaq insanla görüşə rəvac verə bilər. Yaxın günlərdə sizi intensiv, xüsusi zəhmət tələb edən işlər gözləyir. İlkin hazırlıq, danışıqlar qaçılmazdır. Sizə yardım etmək istəyən adamlar az deyil.
Real dəstək almaq istəyirsinizsə, planlarınızdan qismən bəhs edin və niyyətinizi problemin yeganə doğru həll variantı saymayın. Fəal olun, səylər göstərin, müxtəlif alternativləri dəyərləndirin. Belədə, yaxın günlərdəki işlərinizin özülü möhkəm olar. Dəvət aldığınız tədbirə və ya məkana axşam saatlarında qatılın. Hobbi və ya marağınız varsa, alış-verişdə arzuladığınız əşyanı ala bilərsiniz.
Tərəzi - aldığınız xəbərə vəziyyətin tələb etdiyindən artıq emosional reaksiya göstərməyin. Adekvat davranın. Hisslər və həyəcanlar baş verənləri dəqiq dəyərləndirməyə mane olmamalıdır. İndiki dövrdə fəaliyyətinizi dürüst nizamlamağın xüsusi əhəmiyyəti var. Qərar və yeniliklərdə tələsməyin.
Münasibətlərdə "ayin"lərə riayət edin. Tərəfdaşın gözləntisini ciddi şəkildə pozmayın, ümumi maraqları arayın. Narahatlığınıza səbəb olan məsələləri qabartmayın. Sizi anlamaya və ya eşitməyə bilərlər. Praktiki işlər, fiziki səylər, səfər, ailə tədbirləri üçün uğurlu gündür. Hadisələrin axınında olun. Kimsəyə təzyiq göstərməyin, kimisə inandırmağa çalışmayın, öz işinizlə məşğul olun.
Əqrəb - maraqlı, amma qarışıq gündür. Şərtlərin sıralanmasını uğursuz hesab etmək əvəzinə situasiyadan maksimum yararlanmağa çalışın. Baş verən hadisələr, sadəcə, ötənlərdəki əməllərinizin əks-sədası və indiyə gəlib çatan mesajlardır. Tənbəl və ətalətli olmayın, sayıq davranın. İşləri nəzarətdə saxlayın, münasibətlərdə müdrik olun.
Tərəfdaş və ya şərikə təşəbbüslə çıxış etməyə imkan yaradın. Əlavə iş və tapşırıq həvalə etməyin, səhvləri xatırlatmayın. Maliyyə məsələlərində tələskənliyə yol verməyin. Bir neçə gün gözləyə biləcək hadisələri tələsdirməyin. Axşam saatlarında ailə üzvləri ilə səmimi və həssas davranın. Rahatlıq və stabilliyi hər şeydən üstün tutun. Amma problemlərin təcili, təxirəsalınmaz həllinin tələb olunduğu situasiyalarda gecikmələrə və ləngimələrə yol verməyin.
Oxatan - əvvəllər yol verdiyiniz səhvləri təkrarlamayın. Məram və niyyətlərinizin miqyasını genişləndirin, sevdiyiniz insanları sevindirin. Vədlərinizi yerinə yetirin və görülməmiş işlər silsiləsini bitirin.
Alış-veriş üçün uğurlu gündür. Ailə üzvləriniz və ya ev üçün nə isə almaq olar. Maliyyə məsələləri və ya kreditin alınması ilə bağlı danışıqlar, sövdələşmələr aparmaq olar. Şəxsi münasibətlərdə yaranan emosional problemləri həll etmək olar. Mövqeyinizi sonadək müdafiə edin, kiçik çətinlikdən sonra geri çəkilməyin. Münaqişələr və qarşıdurmalardakı mənfiliklərdən yararlanmaq, uğrsuzluğu uğura döndərmək olar. Axşam saatlarında sizə maraqlı gələn, nəticəsinə sevinə biləcəyiniz işi seçin.
Oğlaq - yarımçıq qalmış işləri başa vurun, borcları ödəyin, yaşam arealında nizam yaradın. Şəxsi məsələlərin həllinə vaxt ayırın. Zahiri görkəminizi unutmayın. Olayların sürət və intensivliyindən asılı olmayaraq soyuqqanlı davranın.
Yaxın ətrafınızdakı insanlardan biri və ya bir neçəsi ilə münasibətlər gərginləşə bilər. Emosiyaların əsarətinə düşməyin. Yardım istəyən insana kömək edin. Bunun müqabilində təşəkkür və rəğbət qazana bilərsiniz. Bilik və bacarığızını artıracaq, habelə fiziki hazırlıq səviyyəsini yüksəldə biləcək işlər görün.
Dolça - yüz ölçüb bir biçin və bu prinsipdən günün önəmli situasiyalarında yararlanın.
Yeni seçim variantlarının qəflətən yarandığı vəziyyətlərdə yalnız inanılmış, etibar etdiyiniz tərəfdaşlara güvənin. Ümumi işdə problemi həll etmək, daha yaxşı çözüm variantı tapmaq imkanları var. Şəxsi münasibətlər sahəsində rəvan zaman deyil. Hədəfi konkretləşdirin və irəliləməyə başlayın. Müxtəlif insanlarla ünsiyyət imkanları var və suallarınızın bir qisminə cavab tapa bilərsiniz.
Gərəkli anlarda yaxşı reaksiya tələb olunur. Fəqət təmkinli olun, seçimdə səhv etməyin. Səhhətinizin qeydinə qalın, əsəblərinizi qaydaya salın, sakitləşin.
Balıqlar - emosiyaları qaydaya salmaq üçün yaxşı gündür. Sevdiyiniz insanların qayğısına qalın, onlara qarşı həssas və səmimi olun.
Yaradıcılıq imkanlarınız yüksək səviyyədədir. Həmişəki kimi davranmaqdan çəkinərək fəaliyyət stilinizi dəyişdiyiniz, daha optimal və effektiv vasitə seçdiyiniz işlərdə uğur sizin olacaq. Can atdığınız məqsədə çatmaqda sizə yararlı olacaq daha bir xüsusiyyət səxavətdir. Daimi hərəkət və diqqət tələb edən bacarıq, bilikləri seçin. Axşam saatlarında sakit və rahat istirahəti seçin. Yetərincə güc toplayandan sonra yaxın günlərdə daha effektiv davrana bilərsiniz.
Milli.Az
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Azərbaycan neftinin qiyməti 68 dollara çatdı
"Vatsap" proqramı bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO