İsrail ordusu Nusayrat Qaçqınlar Düşərgəsindən geri çəkilib - Açıqlama

img

19-04-2024 [00:27]


İsrail ordusu Nusayrat Qaçqınlar Düşərgəsinin şimalından geri çəkilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yayılan məlumatı Fələstin Mülki Müdafiə İdarəsi təsdiqləyib.

Məlumata görə, İsrail ordusu 8 gündür mühasirədə saxladığı Nusayrat Qaçqınlar Düşərgəsinin şimalından çəkildikdən sonra ərazidəki dağıntılar altında çoxlu sayda cəsəd aşkarlanıb: "Dağıntılar altında hələ də 100-ə yaxın ölü var. Onları dağıntılar altından çıxarmaq üçün texnika və iş maşınlarına ehtiyac var.  Hələlik isə 75 nəfərin cəsədini dəfn etmişik, 348 nəfər isə yaralı var".

Xatırladaq ki, İsrail Quru Qoşunlarının 162-ci Batalyonunun komandanlığı Nusayrat Qaçqınlar Düşərgəsindən ayrılan əsgərlərin də Rəfaha yönləndirildiyini bəyan edib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR