PAŞİNYANLA TOKAYEV BİR ARADA: Qazax lideri Bakıya arxadan zərbə vurur - Bölgədə təhlükəli oyunlar qızışır
16-04-2024 [13:45]
Tokayevin İrəvana səfəri Bakıya qarşı müəyyən nüanslara yadda qaldı. Qazaxıstan prezidenti öncə Azərbaycana gəlməklə və azad edilmiş əraziləri ziyarət etməklə Ermənistan səfərini balanslaşdırmışdı.
Və hesab etmək olar ki, Qarabağın azad edilməsindən sonra türk dövlətinin Ermənistanla bu qədər yaxınlaşması o qədər də təhlükəli qarşılanmamalıdır, əksinə, Astana Tokayevin də dediyi kimi, Bakı-İrəvan danışıqlarında platforma rolunu oynaya, Ermənistanı regionda sülhə inandıra bilər.
Astana və İrəvanın “qardaşlaşması” da qarşılıqlı maraqlarından irəli gəlir:
- Rusiya ilə eyni ittifaqlarda yer alsa da, Mərkəzi Asiyada oyunçu olmağa çalışan Qazaxıstan Ermənistanı Cənubi Qafqazda iştirakının artırılması vasitələrindən biri kimi görür;
- Moskvadan uzaqlaşmağa çalışan Ermənistan da Qazaxıstanla Rusiya qarşısında təklənməmək üçün yaxınlaşmaq istəyir;
Məsələyə bu aspektdən baxmaq olardı, lakin gerçək hədəflər fonunda Qazaxıstan-Ermənistan xəttində hadisələrin Azərbaycan maraqlarına uyğun olmayan istiqamətdə inkişafı müşahidə edilir.
Tokayevin İrəvana gəlişində əsas hədəf Qərbin Orta dəhliz üzərində dəstəklədiyi Ermənistana məxsus “sülhün kəsişməsi” layihəsidir. İrəvanda verilən açıqlamalar Qazaxıstanın bu layihəyə maraq göstərdiyi, lakin prosesin hələ “tanışlıq mərhələsində” olduğu yönündə olsa da, Tokayev Bakıya gəlişindən dərhal sonra Astana İrəvanın layihəsinə siyasi dəstəyini elan etmişdi. Qazaxıstan prezidenti Bakını tərk edəndən (11-12 mart) sonra xarici işlər naziri Murat Nurtleu Ermənistana (18 mart) getdi və İrəvanda bəyan etdi ki, “sülhün kəsişməsi” layihəsi ölkələrimiz üçün son dərəcə vacibdir”. Tokayev də Ermənistana gəlməmişdən bir gün öncə erməni mediasına müsahibəsində “sülhün kəsişməsi” layihəsinə dəstək ifadə etdi, İrəvanda da bu layihəni alqışladıqlarını bildirdi.
Ermənistanın irəli sürdüyü “sülhün kəsişməsi” layihəsi Azərbaycanın maraqlarına ziddir.
Birincisi, bu layihədə Zəngəzur dəhlizi sıradan çıxır, yaxud Bakının istədiyi ən azı Naxçıvana maneəsiz keçidin “Azərbaycandan Azərbaycana prinsipi” üzərindən verilməsi də nəzərdə tutulmur;
İkincisi, bu, Ermənistana Avrasiyanın nəqliyyat şəbəkəsində üstünlük qazandırır: belə demək mümkünsə, Azərbaycan nəqliyyat şəbəkəsindəki üstünlüyündən Ermənistana pay verir, əvəzində heç qazanmır;
Üçüncüsü, “sülhün kəsişməsi” Bakı və Ankaranın türk dünyasını coğrafiya-nəqliyyat dəhlizləri üzərindən birləşdirmək planlarına da uyğun gəlmir;
Bu kontekstdə Qazaxıstanın bu layihəni dəstəkləməsi suallar yaradır. Hesab etmək olar ki, Astana Bakının maraqlarını nəzərə almadan yer aldığı Orta dəhlizin bu və ya digər formada reallaşmasına çalışır, hərçənd, Paşinyanın “sülhün kəsişməsi” layihəsi Orta dəhlizə alternativ kimi irəli sürülən “Orta dəhliz 2” adlandıra biləcəyimiz planının tərkib hissəsidir. Bu plan Qərbdə xüsusilə amerikalılar tərəfindən irəli sürülüb.
ABŞ Çindən başlayan, Mərkəzi Asiya, Azərbaycan və Türkiyədən keçərək, Avropaya çıxan Orta dəhlizi nəzarətə götürmək istəyir və Mərkəzi Asiyadan başlayaraq, Azərbaycan, Ermənistan və Türkiyədən keçməklə Avropaya çıxan layihəni təkif edir. Bununla:
- Əsas rəqib kimi gördüyü Çinin “bir kəmər bir yol” layihəsinin qarşısını alır;
- Avropadan Mərkəzi Asiyaya uzanan bu marşut üzərindən təsir imkanlarını Çin sərhədlərinə qədər genişləndirir;
- Ermənistanı plana daxil etməklə Zəngəzur dəhlizini sıradan çıxarır, bununla Rusiyanın iştirakını bloklayır;
Çin və Rusiyaya qarşı olan bu planda qazanan Ermənistan olur. Tokayevin İrəvana səfəri – Ermənistanla yaxınlaşmaq siyasəti bu plandan qaynaqlanır. Görünür, Qazaxıstan Rusiya ilə eyni ittifaqlarda yer alsa da, Çinlə sıx əməkdaşlıq qursa da, Qərblə - ABŞ-la da müəyyən oyunun içindədir. Hərçənd, bunu tamamilə Ermənistanın maraqlarına uyğun həyata keçirməsi qəbuledlməzdir, çünki rəsmi Astana bu layihədə ən azı Bakının Naxçıvana çıxış üçün “Azərbaycandan Azərbaycana prinsipini” dəstəkləyə bilər. İrəvanda verilən mesajlar isə bunun əksini göstərir. Tokayevin İrəvanda dediyi “Mən qədim sivilizasiyadan qaynaqlanan zəngin tarixə və mədəniyyətə malik erməni xalqının torpağına xüsusi hisslərlə baş çəkirəm” sözləri də mübahisələndirilə bilər.
Bütün bunların fonunda bir məqam yada düşür: bu ilin yanvar ayında Qazaxıstan və Ermənistan arasında müdafiə sahəsində əməkdaşlıq planı imzalanıb. Sual yaranır: Qazaxıstan Ermənistana silah göndərəcək, yoxsa hansısa silahların verilməsində tranzit rolunu oynayacaq, ümumiyyətlə Astana İrəvana hərbi baxımdan hansı yardımları edə bilər?
Bakıda Astana və İrəvanın “qardaşlaşması” və yarana biləcək risklər yaxından izlənilir.
Asif Nərimanlı
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilib (Yenilənib)
"Azərbaycan Nəşriyyatı" bağlanıb
ABŞ-da zəlzələ olub - 6 bal gücündə
Müğənni: "O, məni boşasa, ölərəm" - VİDEO
Aparıcı: "Bizdə qayda budur: 10 dəqiqə gecikən 100, çox olan 200, hətta bəzən 300 manat ödəyir"
İranda etirazlar: ölənlərin sayı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
“Dəniz suyunun duzsuzlaşdırılması” layihəsinə milyonlar xərclənib: nəticə hanı? - EKSPERT ELƏ FAKTLAR AÇIQLADI Kİ...
Dövlət Məşğulluq Agentliyində təyinat olub
Azərbaycan nefti ucuzlaşdı - 2.42 dollar
Abşeronda bir nəfər dəm qazından boğulub
Türkiyə klubu nigeriyalı futbolçu aldı
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi