NAZİR MÜAVİNLƏRİ ARASINDA RƏQABƏT ARTIB: qarşılıqlı ittihamlar böyüyür - Emin Əmrullayev nazirliyə nəzarəti itirib
16-04-2024 [13:17]
Azərbaycan təhsilində ciddi problemlərin olduğu cümlə aləmə məlumdur və hər birimiz demək olar ki, hər gün övladlarımızın timsalında çətinlikləri görə bilirik.
İstər dərs yükünün ağır olması, istər məktəblərdə tədris prosesinin çatışmazlıqları və problemlər siyahısına əlavə edə biləcəyimiz bir çox çatışmazlıqlar təhsilimizdə təcili islahatlara ehtiyac yaradıb. Amma Elm və Təhsil Nazirliyi mövcud problemləri həll etməkdə o qədər də maraqlı görünmür. Yaxud ola bilsin ki, Nazirliyin təhsilə ayırmağa vaxtı yoxdur.
Elm və Təhsil Nazirliyi daxilində baş verənlərlə bağlı əldə etdiyimiz məlumat səbəbin ikinci olduğunu – nazirliyin təhsilimizə ayırmağa vaxt tapmadığını deməyə əsas verir. Çünki nazirlikdə təhsilin keyfiyyətinin yaxşılaşdırılması uğrunda addımların atılması əvəzində, daxili qarşıdurma yaşanır.
Nüfuz savaşı adlandıra biləcəyimiz bu mübarizə haqda əldə etdiyimiz məlumatlar “Elm və Təhsil Nazirliyi təhsildən başqa hər işlə məşğuldur” sualını yaradır.
Məlumatlara görə, Nazirliyin Aparat rəhbəri Mətin Kərimli ilə nazir müavini Həsən Həsənli arasında “nüfuz savaşı” daha da qızışıb. Əsas mübarizə motivi kadrların təyin edilməsidir. Həsən Həsənli Prezident İlham Əliyevin Sərəncamı ilə bu vəzifəyə təyin olunub və onun əsas işi-missiyası kadr siyasətini həyata keçirməkdir.
Aparat rəhbəri Mətin Kərimli isə “Elm və Təhsil Nazirliyində mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə yanaşır, Nazirlikdə bütün strukturları ələ almağa çalışır.
Həsən Həsənli Mətin Kərimlinin kadr siyasətinə qarışdığını, onun işinə müdaxilə etdiyini dəfələrlə rəhbərliyə bildirib. Baş verənlərdən təhsil naziri Emin Əmirullayevin də məlumatlı olması heç kəsə sirr deyil. Çünki Həsənli Həsənli dəfələrlə Mətin Kərimlinin əməlləri ilə bağlı birbaşa nazirə etirazını bildirib. Elm və Təhsil nazirinin müavini olan Həsən Həsənli Aparat rəhbəri Mətin Kərimlinin kadr siyasəti ilə razılaşmır, onun texniki vəzifə daşıdığını deyir.
Məlumatlara görə, bu məsələ Nazirliyin qapalı iclaslarında dəfələrlə müzakirə edilib. Həsən Həsənli bildirib ki, o, bu vəzifəyə Prezidentin Sərəncamı ilə təyin olunub və Nazirlikdə kadr işlərinə cavabdeh şəxsdir, ancaq Mətin Kərimli onu saymır və kadr işlərinə müdaxilə edir.
Mətin Kərimli isə bütün strukturları ələ almağa çalışdığı kimi, kadr məsələsini də nəzarətə götürmək istəyir.
Hazırda Mətin Kərimli ilə Həsən Həsənli arasında “soyuq müharibə” davam edir.
Kimin “qalib” gələcəyini demək çətindir, lakin “məğlub"un təhsilimiz olduğu aşkar şəkildə ortadadır. Çünki təhsildən məsul olan Nazirlik əsas işini kənara atıb, daxili qarşıdurmaların, “nüfuz müharibə”lərinin platformasına çevrilib(Demokrat.az)
Mia.az-ın əldə etdiy məlumata görə oxşar hal Bakı təhsil idarəsində də var. Belə ki, keçmiş rəhbəri Mehriban Vəliyevanın kadrları yeni müdirə qarşı "blok" fortmalaşdırmağa çcan atır: "Çünki onların çoxu yol üstə olduqlarını bilir..."
Məlumatda o da deyilir ki, idarənin "kilid isim"lərindən sayılan mətbuat katibi Bəşarət Məmmədovla bağlı da yaxın vaxtlarda qərar veriləcək.
Samir
MİA.AZ
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı
İran Hörmüz boğazında 10-dan çox neft tankerini vurub: "Vəziyyət tam nəzarətimizdədir"
ABŞ İran gəmisini vurub - 101 nəfər yoxa çıxıb, 78 nəfər isə yaralı halda xilas edilıb
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb
Axtarışda olan Azərbaycan vətəndaşları Rusiyada tutulublar
"TikTok"da qeyri-etik paylaşımlar... - Daha 3 nəfər cəzalandırıldı
Azərişıq” ASC-də yeni təyinat olub
Deputat: "Özündən həddən artıq razı məmurlar var" - "Parlament emosional qarşıdurma meydanı deyil" (MÜSAHİBƏ)
“İçərişəhər”in sektor müdiri hərbi xidmətdən necə yayınıb?
Martın 9-da buraxılış imtahanı keçiriləcək - DİM-dən xəbərdarlıq
İsrail Livanla bağlı daha bir xəritə yaydı - 30 bölgə bombalanacaq
İsrail Livanı bombalayır - Ölənlərin say artıb
İraq valisindən İranın hücumuna reaksiya: "3-cü Dünya Savaşının astanasındayıq" - "Kürdlər bu müharibəyə qarışmamalıdır"
Gedson geri dönür - İllik 3 milyon avro maaşa
İRANA QARŞI MÜHARİBƏ: 2 mindən çox hədəf vurulub - İran isə ərəb ölkələrindəki hədəflərə zərbə endirir
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR