YAP funksioneri: "Ermənistan geri dönüşü olmayan tunelə salınıb"
08-04-2024 [09:25]
"Azərbaycan tarixi Zəfərdən sonra Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh müqaviləsinin imzalanmasını təklif etdi. Həmin vaxtdan xeyli müddət keçsə də, Ermənistan hələ də himayədarlarının dəstəyi sayəsində bu addımı atmaqda tərəddüdlərini davam etdirməkdədir. Bunun səbəbi işğalçı Ermənistan və ona dəstək verən bəzi aparıcı Qərb dövlətləri üçün “sirr” olsa da, Azərbaycan daim dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalan dövlət kimi bu addımların arxasında hansı maraqların dayandığını çox yaxşı bilir".
Bu sözləri Mia.az-a YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə deyib.
O bildirib ki, Ermənistanın yenə də bəzi dünya güclərinin əlində oyuncağa, onların maraqlarının icraçısına çevrildiyini aydın şəkildə görmək üçün təkcə son zamanlar cərəyan edən proseslərə diqqət yetirmək kifayətdir:
"30 il davam edən işğal dövründə də Ermənistan eyni missiyanı yerinə yetirdi. Nəticədə 44 günlük İkinci Qarabağ müharibəsi baş verdi. Azərbaycan dövləti bir qayda olaraq artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həllindən bəhs edərkən bu mühüm məqamı xüsusi qeyd edirdi ki, problemin beynəlxalq miqyas alması nizamlanma prosesinə mane olur. Hər bir dövlətin məsələnin həllinə öz maraqları baxımından yanaşması, maraqların üst-üstə düşməməsi münaqişənin həlli prosesinin uzanmasını şərtləndirdi. Tərəflərin özlərinə qalsaydı, münaqişə çoxdan öz ədalətli həllini tapardı. Tarixi Zəfərimizdən ötən üç ildən artıq dövrdə bir daha dünya güclərinin regionda vəziyyətin gərginləşməsində, sülhün və təhlükəsizliyin təmin edilməməsində maraqlı olduqları açıq-aydın görünür. Bir daha bu reallıq öz təsdiqini tapır ki, dünya gücləri ikili stantartlara əsaslanan siyasətlərindən yaxa qurtara bilmirlər. Aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan müştərək konfransının keçirilməsi bütün qaranlıq məqamlara işıq saldı. Görünən odur ki, Qərb Ermənistanı nəzarəti altına alaraq özünün oyun meydanına çevirməkdədir. 5 aprel görüşü ilə Ermənistan geri dönüşü olmayan tunelə salınıb və Qərbdən asılı vəziyyətə düşüb".
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan tərəfinin haqlı iradlarına, konfransı təxirə salmaq tələblərinə baxmayaraq görüş keçirilib: "Görüşdən əvvəl ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyev ilə telefon danışıqlarında görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyi adı altında ört-basdır etməyə çalışdılar. Azərbaycan dövlətinin başçısı bu məqamı xüsusi qeyd etdi ki, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Prezident İlham Əliyev, həmçinin anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğuladı.
Qeyd etdiyimiz kimi, nəticələrdən bir daha aydın oldu ki, görüş regionda sülhün, təhlükəsizliyin təmin edilməsinə deyil, münaqişənin yenidən alovlandırılmasına hesablanıb. İqtisadi yardım adı altında hazırlanan ssenarilərin əsas mahiyyəti aydın şəkildə bəlli oldu. Ursula Fon der Lyayen Brüsseldə bəyan etdi ki, Avropa İttifaqı Ermənistana 4 il müddətində 270 milyon avro məbləğində yeni yardımlar edəcək. Bu dəstəyin məqsədi Ermənistanın “iqtisadi inkişafına” köməkdir. Lakin hansı formada ifadə edilməsindən asılı olmayaraq inkardeliməz həqiqətdir ki, bu dəstək anti-Azərbaycan mahiyyəti daşıyır. Görüşün mahiyyətinin iqtisadi yardım ilə əlaqələndirilməsi çoxsaylı sualların yaranmasına səbəb olmaya bilməz. İqtisadi yardım üçün Brüsseldə bir araya gəlməyə ehtiyac var idimi? Bir daha aydın olur ki, Ermənistanın “iqtisadi inkişafı”nın müzakirə olunacağı vəd edilsə də, bir neçə yüz milyonluq yardım üçün belə formatda görüşə ehtiyac yox idi. Bu, pərdəarxası hərbi yardımın ayrılması və hərbi paktdır".
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, hazırkı dövrün əsas məsələsi sülh müqaviləsinin imzalanması olduğu halda, dünya güclərinin Ermənistana iqtisadi yardım adı altında yarışa girişmələri diqqətdən kənarda qalmır: "Avropa İttifaqı ilə yanaşı, ABŞ da Ermənistana 65 milyon dollar məbləğində yardım ayıracaq. ABŞ-ın Azərbaycan ərazilərinin işğalda saxlanıldığı dövrdə mütəmadi olaraq demokratiyaya dəstək adı altında işğalçı dövlətə maliyyə yardımı etməsi məlum olaylardandır. Artıq bu gün bu yardımların mahiyyətində “dəyişiklik” baş verib. Məqsəd guya Ermənistanın iqtisadi inkişafının dayanıqlılığını təmin etməkdir. Dünya güclərinin ikili standartlara əsaslanan siyasətlərinin bariz nümunəsi olan bu addımın arxasında çirkin niyyətlərin dayandığı aydındır".
Vüqar Rəhimzadə bildirib ki, Brüssel görüşündən əvvəl ABŞ və Avropa İttifaqı rəsmilərinin dövlət başçısı İlham Əliyevə telefon zəngləri, müştərək konfrans zamanı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsi ölkəmizin sözünün imzası qədər dəyərli olduğunu təsdiqləyib: "Bir daha sübut olundu ki, tarixi Zəfərə imza atan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək yeni reallıqlar yaradan qalib Azərbaycan diktə edən tərəfdir. Dövlət başçısı İlham Əliyevin çıxışlarında daim bu çağırış xüsusi yer tutur ki, heç bir qüvvə Azərbaycanla diktat dili ili danışa bilməz. Ermənistan üçün təhlükəsizlik modeli Azərbaycanın təklif etdiyi sülh modeli idi. Bu təhlükəsizliyin Qərbdə axtarılması Ermənistan üçün böyük problemlər yaradacaq. Bu gedişlə Ermənistanı Ukrayna, Suriya, Livanın aqibəti gözləyir. Ermənistan müxtəlif zonalara parçalanacaq. Bu vəziyyətdə Türkiyə riskləri nəzərə almalı və təhlükəsizlik zonası yaratmaq haqqında düşünməlidir".
MİA.AZ
DÇ-2026: Nigeriya finalın bir addımlığında - Osimhen iki qol atıb
Ağalı kəndinə növbəti köç olub
Rusiyanın döyüş təyyarəsi Finlandiya sərhədində qəzaya uğradı - Pilotlar həlak olublar
Portuqaliyada fırtına: 2 nəfər ölüb - Minlərlə insan işıqsız qalıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sevinc Osmanqızı Baş Prokurorluğa çağırıldı - Səbəb
DÇ-2026: millimiz İslandiyaya uduzdu (Yenilənib)
Türkiyənin Xorvatiyada yoxa çıxan təyyarəsi tapıldı - Qəzaya uğrayıb, pilot həlak olub (Yenilənib)
Bəzi rayonlarda leysan yağacaq - Xəbərdarlıq
İsrail Livanda hərəkətdə olan maşını dronla vurub
Xətai rayonunda bəzi ərazilərdə qaz olmayacaq
Keçmiş komitə sədrinin qardaşının AA seriyalı köhnə maşını... - Hərraca çıxarılıb (FOTO)
"Qalatasaray"ın sabiq baş məşqçisi ərəblərlə anlaşdı - İlə 2.5 milyon avro maaş alacaq
İcra başçılarından şok addım: Qohumlarını işdən çıxarırlar
Türkiyədə mərc oyunları: 102 futbolçu cəzalandırıldı - Siyahıda "Qalatasaray"lı oyunçular da var (SİYAHI)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Fənərbağça" heyətdən kənarlaşdırdı, "Beşiktaş" "qarmaq" atdı
Ümidsiz bir ədəbiyyat - Selcan Ədalətin romanı
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Qərbi Azərbaycan İcmasında xüsusi komissiya yaradılıb
Türkiyənin valyuta ehtiyatı rekord yeniləyib, qızıl ehtiyatı isə... - Həftəlik hesabat
Brüsseldə yenə naməlum dronlar təhlükə saçıb - Uçuşlar dayandırılıb
Prezident İlham Əliyev Özbəkistan mediasına müsahbə verdi: "Ölkələrimizi təkcə coğrafiya deyil, həm də..."
Polis əməliyyatı: "telegram"da azyaşlılara aid porno videolar satan şəxslər saxlanıldı
"Bir canım var, o da bu vətənə qurban olsun" - Fuad Nəcəfli haqqındakı iddialara maraqlı reaksiya verdi
"Difai" komandası yarışlardan kənarlaşdırılıb
Zaqatala sakini “Nar”dan avtomobil qazandı
Bakıda bu şadlıq evində görün nə əti verilirmiş - FOTOLAR
"Premium Bank"da nə baş verir? - Sədr vəzifədən getdi
Tələbə mərkəz direktorunu məhkəməyə verib
Ağdərə rayonuna növbəti köç olub
PA-nın şöbə müdiri yeni və köhnə icra başçısı ilə bir arada - FOTO
QARABAĞA NÖVBƏTİ KÖÇ OLUB
PA rəhbəri Naxçıvanda - Samir Nuriyev yeni nümayəndəni kollektivə təqdim etdi + FOTOLAR
AFFA bəzi klubları cərimələyib
Hindistan Çinlı müharibəyə hazırlaşır? - Mübahisəli ərazidə hərbi hava limanı açıldı, Pekin etiraz edir
Qəzetlərə dövlət dəstəyi azaldıldı - Həftə bir nömrəsi maliyələşəcək
3837 manatdan 7650 manatadək... - İcra başçılarının rəsmi maaşı və artan obyektləri...
“Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq” - Nazir müəllimlər üçün yeniliyi açıqladı
Bu bankların əmlakları satışa çıxdı - SİYAHI