Bələdiyyə sədri xidməti kabinetində saunna tikdirib - Qalmaqal (Açıqlamalar)
08-04-2024 [09:14]
Türkiyədə 31 mart seçkiləri başa çatsa da, hələ də iqtidar partiyası AKP ilə müxalif partiya CHP arasında ayrı-ayrı bələdiyyələr üzrə "kompromat savaşı" davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 31 martda CHP İstanbul şəhəri üzrə qalib gəldiyi 39 rayondan 26-da artıq indidən təftişə başlayıb.
Məlumata görə, vaxtilə uzun ilər AKP-lilərin rəhbərlik etdiyi bələdiyyələrdə seçki günü daxil bəzi qanunsuz aktlara imza atıldığı aşkarlanıb.
Bunun cəmiyyətdəki "yanğı"sı davam edərəkən CHP düşərgəsindən, daha dəqiqi, İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun seçki qərargahının rəhbəri Necati Özkan sensasion iddia irəli sürüb. O, yerli telekanallardan birinə İstanbulun Sancaktepe Bələdiyyəsinə yeni sədri seçiən CHP-li Alper Yeğeni təbrik etmək üçün Sancaktepe Bələdiyyəsinə getdiyini və orada gördüklərindən heyrətləndiyini deyib: "Bələdiyə sədrinin oturduğu mərtəbə 6 min kvadratmetrdir. Burada saysız otaqlar - istirahət otaqları, dinləmə otağı, hətta saunna və 200 kvadratmetr mətbəx var. Bu, necə ola bilər? Xalq böyük yoxsulluq içindədir, iftar almaq üçün çadırlarda növbəyə durur. Bəs, bunlar xalqın pulu ilə bu komfortu özərinə necə rəva görür? Bunları gördükcə, Ədalət və İnkişaf Partiyasının (AKP) bu gün uduzmasının səbəbsiz olmadığı aydın olur..".
Bu iddialara 31 marta qədər AKP-nin Sancaktəpə Bələdiyyə sədri Şeyma Döğücü sosial media hesabından sərt reaksiya evrib. Xanım İmamoğlunun seçki qəragahına xitabən yazıb: "Bir anaya, bir qadına böhtan atmağın əvəzini həm qanun qarşısında, həm də millətin vicdanında mühakimə olunmaqla ödəyəcəksən. Necati Özkan, orada saunna olduğunu sübut etməsən, səndən yaramaz adam yoxdur. Mən indiki bələdiyyə sədrinə səslənirəm: saunna olduğunu iddia edənlərə qarşı indi oradan canlı yayım aç! Hodri meydan!”.
AKP-li xanımın çağışına CHP-nin adıçəkilən rayon üzrə yeni bələdiyyə sədri belə cavab verib: "Mətbuatda və sosial mediada müzakirəsi gedən Sancaktepe xəbərləri ilə əlaqədar olaraq bildirirəm ki, Şeyma Döğücü xanımın dövründə bələdiyyə sədrinin oturduğu mərtəbədə heç bir təmir işləri aparılmayıb. Ancaq əvvəlki bələdiyyə sədri dəbdəbəli hamam otağı yaradıb. Bu saunna məsələsini çox dəyərsiz sayacaq lüks və müflis bir bələdiyyə hekayəsini yaxın günlərdə sizinlə paylaşacağam".
Tahir Şəlvəli
MİA.AZ

Milli Qəhrəman Şahin Tağıyev dəfn edilib (Yenilənib)
"Azərbaycan Nəşriyyatı" bağlanıb
ABŞ-da zəlzələ olub - 6 bal gücündə
Müğənni: "O, məni boşasa, ölərəm" - VİDEO
Aparıcı: "Bizdə qayda budur: 10 dəqiqə gecikən 100, çox olan 200, hətta bəzən 300 manat ödəyir"
İranda etirazlar: ölənlərin sayı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
“Dəniz suyunun duzsuzlaşdırılması” layihəsinə milyonlar xərclənib: nəticə hanı? - EKSPERT ELƏ FAKTLAR AÇIQLADI Kİ...
Dövlət Məşğulluq Agentliyində təyinat olub
Azərbaycan nefti ucuzlaşdı - 2.42 dollar
Abşeronda bir nəfər dəm qazından boğulub
Türkiyə klubu nigeriyalı futbolçu aldı
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi