İsa Qəmbərin aktiv siyasətə dönüşü müxalifət düşərgəsində nəyi dəyişə bilər? - Sərdar Cəlaloğlundan açıqlamalar
04-04-2024 [12:12]
"İsa Qəmbərin Müsavat Partiyasının başqanlığına qayıtması barədə təklifləri alqışlayıram. Düşünürəm ki, dağılmış Müsavatı bir araya toplamaqda onun böyük xidməti ola bilər. Qubad İbadoğlunun təşkilatından, yaxud da Müsavatdan ayrılan digər qruplar və şəxslər yenidən partiyaya qayıda bilər".
Mia.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. Sədrin sözlərinə görə, gələcək proseslər İsa Qəmbərin Azərbaycan siyasi reallıqlarını düzgün dəyərləndirməsindən asılı olacaq: "Əgər ictimai rəyə əks gedə bilsə, bunu bacaracaq. O vaxt belə bir fikir formalaşdırdılar ki, müxalifət liderləri 4 əlli yapışıb liderlikdən və getmək istəmirlər. Uzun zaman bunun mətbuatda təbliğatı aparıldı. İctimai rəyin təsiri altında bir çox liderlər bu istiqamətdə addım atdı. İlk olaraq Azərbaycan Liberal Partiyasının sədri Lalə Şövkət Hacıyeva sədrlikdən getdi. Lalə xanım istefa verən kimi o partiyada demək olar ki, heç kəs qalmadı. Partiya tamamilə dağıldı. Etibar Məmmədov AMİP-dən gedəndən sonra demək olar ki, partiyadan əsər-əlamət qalmadı. İsa Qəmbər də eyni addımı atmağa hazırlaşanda onunla şəxsən görüşdüm və müzakirə apardıq. O da dedi ki, partiyanın Əsasnaməsi var, iki dəfədən artıq kimsə sədr ola bilməz. Onu xəbərdar etdim ki, sənin gedişin Azərbaycanda müxalifəti zəiflədəcək, bu addımı atma, Müsavatı da zəiflədəcək. Dediyim kimi də oldu".
Sərdar Cəlaloğlu qeyd edib ki, Azərbaycanda aparıcı müxalifət liderlərinin istefası müxalifəti gücləndirmədi, əksinə zəiflətdi: "Hətta bəziləri rəsmən fəaliyyətini dayandırdı. İsa bəy xarizmatik şəxsiyyətlərdən biridir, yüksək vəzifələrdə təmsil olunub, kifayyət qədər təmkinli adamdır. Azərbaycan müxalifətində prezidentliyə namizəd kimi İsa Qəmbərin böyük şansı var. Bu baxımdan, onun yenidən Müsavat Partiyasına rəhbər gəlməsi dağılmış partiyanı bir araya gətirməkdə böyük xidməti ola bilər. Çünki o vaxt İsa Qəmbər istefa verdiyinə görə Müsavat parçalandı və hərə bir tərəfə getdi. İsa Qəmbərin birləşdirici keyfiyyəti var, həddən artıq keyfiyyətli, güzəştli mövqe tutmağı bacarır. O, bu keyfiyyəti ilə Müsavatı daha güclü bir partiyaya çevirəcək".
İsa Qəmbərin başqanlığa dönüşü müxalifət düşərgəsində nəyi dəyişə bilər? Sərdar Cəlaloğlunun fikirincə, Azərbaycan müxalifəti güclənəcək: "Bir var kiçik partiyaların təşkil etdiyi müxalifət, bir də var iri partiyaların birləşdiyi müxalifət. İsa Qəmbərin yenidən partiya başqanlığına, eləcə də siyasi müstəviyə qayıtması müxalifətin öz arasında rəqabəti gücləndirəcək, həm də iqtidarla müxalifət arasında rəqabəti yeni müstəviyə çıxaracaq".
Azərbaycanın tanınmış xanəndəsi İranda saxlanıldı və... - "Pezeşkianla şəklimi göstərdikdən sonra məni buraxdılar" (Yenilənib)
Ən çox qazanan bankların - SİYAHISI
İmtahan olacaq
Bakıda sulu qar, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Səhrada nadir mumiyalanmış çita qalıqları tapılıb - FOTO
"Fənərbağça" "Alanyaspor"la oyuna hazırlaşır
"Qalatasaray" və "Fənərbağça" cərimələndi
Türkiyədə dollar bu qədər qalxacaq - İllik proqnoz
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilib (Yenilənib)
"Azərbaycan Nəşriyyatı" bağlanıb
ABŞ-da zəlzələ olub - 6 bal gücündə
Müğənni: "O, məni boşasa, ölərəm" - VİDEO
Aparıcı: "Bizdə qayda budur: 10 dəqiqə gecikən 100, çox olan 200, hətta bəzən 300 manat ödəyir"
İranda etirazlar: ölənlərin sayı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
“Dəniz suyunun duzsuzlaşdırılması” layihəsinə milyonlar xərclənib: nəticə hanı? - EKSPERT ELƏ FAKTLAR AÇIQLADI Kİ...
Dövlət Məşğulluq Agentliyində təyinat olub
Azərbaycan nefti ucuzlaşdı - 2.42 dollar
Abşeronda bir nəfər dəm qazından boğulub
Türkiyə klubu nigeriyalı futbolçu aldı
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan