Məclis sədri: "İsa Qəmbər konkret cavab verməyib" - MÜSAHİBƏ
02-04-2024 [17:20]
Müsavat Partiyasının Məclis sədri, BDU-nun filologiya fakültəsinin dosenti Nüşabə Sadıxlı Teleqraf.com-a müsahibə verib.
MİA.AZ həmin müsahibəni təqdim edir:
- Məlumatlara görə, Müsavat Partiyasının sabiq rəhbəri İsa Qəmbərin yenidən başqanlığa namizəd olması təklifi sizdən gəlib və Divan üzvləri tərəfindən dəstəklənib...
- Bu təklif təkcə Divan üzvləri yox, bütün müsavatçıların istəyidir. Müraciətlər vardı, İsa bəylə görüşəndə də müsavatçılar istəklərini bildiriblər. Qurultayın keçirilməsinə hələ vaxt qaldığı üçün İsa Qəmbər konkret cavab verməyib.
- Nüşabə xanım, müsavatçılar hazırkı başqan Arif Hacılıdan narazıdırlarmı ki, İsa Qəmbərin geri qayıtmasını istəyirlər?
- Müsavatın nizamnaməsində başqan yalnız iki müddətə seçilə bilər. Arif bəy artıq iki dəfə başqan seçilib, yenidən namizədliyini irəli sürə bilməz. Arif bəy Müsavat Partiyasını ayaqda saxlamağı bacaran ləyaqətli siyasətçilərdən biri oldu. Başqanlıq müddəti bitdiyi üçün yenisi seçilməlidir. Düşünürük ki, yeni başqan kimi İsa bəyin qayıtması daha düzgündür.
- Bəs bu təklifə İsa Qəmbərin reaksiyası necə oldu?
- İsa bəy hələ qərarını açıqlamayıb. Düşünürəm ki, yəqin müsavatçıların istəyi və rəyi ilə hesablaşacaq.
- Müsavat Partiyası niyə keçmiş başqanı geri qaytarmaq fikrindədir, başqa namizədlər yoxdur?
- Partiyada başqanlığa namizədlər kifayət qədərdir. Əslində Arif bəyin də, İsa bəyin də istəyi o idi ki, partiyaya gənclərdən və yaxud xanımlardan kimsə rəhbərlik etsin. Yəni bir dəyişiklik olsun. Hazırda çox ciddi dönəmdə olduğumuz üçün mənə elə gəlir ki, eksperimentə ehtiyac yoxdur. Ona görə istərdik ki, başqan İsa bəy olsun. Qarşıdan məsul dövr gəlir. Bu səbəbdən çox istərdik ki, partiyaya bişmiş, mükəmməl siyasətçi rəhbərlik etsin.
- Yeri gəlmişkən uzun illər Müsavatdasınız, siz özünüz də başqan ola bilərsiniz...
- Universitetdə çalışdığım üçün vaxt baxımından başqan olmağım alınmaz. Başqan gərək bütün gücü ilə partiyada çalışsın.
- Arif Hacılının başqan seçildiyi qurultayda gərginlik yaşanmışdı, ciddi qopmalar olmuş, xeyli üzvlər istefa vermişdi. Gedənlərin partiyaya qayıdacağı gözlənilirmi?
- Bu haqda heç bir şey deyə bilmərəm. Gedənlərin bir qismi Arif bəyin vaxtında Müsavata qayıtdı. Bundan sonra da yəqin qayıdanlar olacaq. Başqa hara gedəcəklər ki? Azərbaycan müxalifətinin ana partiyası elə Müsavatdır.
Azərbaycanın tanınmış xanəndəsi İranda saxlanıldı və... - "Pezeşkianla şəklimi göstərdikdən sonra məni buraxdılar" (Yenilənib)
Ən çox qazanan bankların - SİYAHISI
İmtahan olacaq
Bakıda sulu qar, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Səhrada nadir mumiyalanmış çita qalıqları tapılıb - FOTO
"Fənərbağça" "Alanyaspor"la oyuna hazırlaşır
"Qalatasaray" və "Fənərbağça" cərimələndi
Türkiyədə dollar bu qədər qalxacaq - İllik proqnoz
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilib (Yenilənib)
"Azərbaycan Nəşriyyatı" bağlanıb
ABŞ-da zəlzələ olub - 6 bal gücündə
Müğənni: "O, məni boşasa, ölərəm" - VİDEO
Aparıcı: "Bizdə qayda budur: 10 dəqiqə gecikən 100, çox olan 200, hətta bəzən 300 manat ödəyir"
İranda etirazlar: ölənlərin sayı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
“Dəniz suyunun duzsuzlaşdırılması” layihəsinə milyonlar xərclənib: nəticə hanı? - EKSPERT ELƏ FAKTLAR AÇIQLADI Kİ...
Dövlət Məşğulluq Agentliyində təyinat olub
Azərbaycan nefti ucuzlaşdı - 2.42 dollar
Abşeronda bir nəfər dəm qazından boğulub
Türkiyə klubu nigeriyalı futbolçu aldı
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan