SÖZLƏR və İNSANLAR
01-04-2024 [10:53]
Qalib ARİF
(“Mənim düşüncələrim” silsiləsindən)
***
Deyirlər sözlər də insanlar kimidir, yerinə düşəndə möcüzədir - evlər tikir, sevinc gətirir, düşməyəndə əsl faciədir. Evlər yıxılır, talelər sınır, tifaqlar dağılır…
Məsələn, hamıya məlum “Öldürmək olmaz bağışlamaq!” ifadəsində olduğu kimi. Birinci sözdən sonra vergül qoysan, ölüm hökmü yaranır, yox əgər ikinci sözdən sonra vergül qoysan, əfv fərmanı imzalanır. Elə sözlər, fikirlər də var ki, vergül qoydun-qoymadın, ziyan gətirir, amma yenə gündəmdədir.
Bir də görürsən nəinki talantı və savadı, hətta elementar qanacağı olmayan birisi irəli çəkilir, insanların taleyini həll etmək səlahiyyəti əldə edir. Beləsi şübhəsiz ki, əfv fərmanı yox, ölüm hökmü verir, faciələr törədir. Bilmək olmur ki, bu adam bu səviyyəyə necə yüksəlib, onu bura kim gətirib. Sözlər də belədir, bəzən mənasız, bayağı bir fikir mərtəbəyə minir, ağıllara hakim kəsilir. Bir marşımız vardı (bəlkə indi də var?!), orda deyilirdi: “Vətən məni yetişdirib bu ellərə yolladı, bu torpağa qurban deyib, Allaha ismarladı”… Belə çıxır ki, bu ellər bizim vətənimiz deyil?! Bu, düşmənin dəyirmanına su tökmək deyil, bəs nədir, axı, ermənilər də belə deyir...
Və yaxud da, “Bayrağı bayraq edən üstündəki qandır, torpaq uğrunda ölən varsa vətəndir”. Düşünürəm ki, bayağı (birinci hissəsi) olduğu qədər də, ziyanlı (ikinci hissəsi) fikirlərdir. Əvvəla, bayrağı bayraq edən üstündəki qan deyil, altındakı ölkədir, onun iqtisadi qüdrəti, siyasi çəkisidir, ordusu və silahlı qüvvələridir. Eyni zamanda, bu ölkədə yaşayan insanların mədəniyyəti, intelektidir, dünya mədəniyyətinə verdiyi töhfələrdir, dahilərdir. Əgər bayrağı bayraq edən üstündəki qan olsaydı, bu gün Əfqanıstanın bayrağı Amerikanın bayrağından uca dalğalanırdı. Bəs, hanı? Axı, klassik də deyir ki, “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü”…
O ki qaldı “torpaq uğrunda ölən varsa, vətəndir” aforizminə, çox ziyanlı fikirdir, ermənilər də elə bunu istəyir. Deyirlər Dağlıq Qarabağ uğrunda biz qan tökmüşük, ölmüşük, deməli, bizim vətənimizdir. Bu məntiqlə Suriya, İraq İŞİD-in, Türkiyə də PKK-nın vətənidir?! Axı, bunlar, terrorçu olsalar da, bu torpaqlar uğrunda döyüşüblər, ölüblər, deməli, qan töküblər?! Gülməli, daha doğrusu, ağlamalı deyilmi? Düşünürəm ki, vətən məsələsi daha konkret, daha müqəddəs məsələdir. Vətən ancaq uğrunda ölən varsa vətən deyil, üstünə şəhid qanı tökülən torpaq deyil, vətən o torpaqdır ki, orda biz özümüzü qonaq yox, ev sahibi kimi hiss edirik. Çünki bu torpaq bizim, klassik demiş “əcdadımızın mədfənidir, övladımızın məskənidir”. Vətən yalnız bu günlə bağlı deyil, bu anlayışda keçmişdən gələn bir nəfəs, gələcəyə ünvanlanan bir səs var. Vətən torpağı bizə doğmadır, məcazi mənada “anamızın anası”dır, biz onu da seçmirik, biz onun bətnindən gəlirik. Bizi vətən torpağına nə isə gözəgörünməz tellər bağlayır. Bu tellər babaların ruhundan atalara, atalardan da övladlara keçir… Bu tellər keçmişdən gəlir, gələsəyə gedir… Bu tellər harda olsaq, dünyanın hansı diyarına yan alsaq, bizi çəkir, gətirir, elimizə, obamıza yetirir… Bu tellər heç zaman qırılmır - əbədidir...
“Torpaq uğrunda ölən varsa, vətəndir” fikri yalnız ziyanlı deyil, həm də çox təhlükəlidir. Beyinlərə, ürəklərə “vətən uğrunda ölmək”, “vətən uğrunda şəhid olmaq” şüarını əsas məqsəd, müqəddəs amal kimi aşılayır. Yaxşı yadımdadır, 90-cı illərdə özünü xalqa lider kimi sırıyanlardan və bu aforizmi tez-tez təkrarlayanlardan biri deyirdi (yaxşı ki, arzusu ürəyində qaldı!): Bu xalqın üçdən biri demokratiya, müstəqillik uğrunda şəhid olmalıdır. Yaponların “kamikadze”lərinə, Əl-Qaidənin fanatizminə, İŞİD-in vəhşiliyinə aparan yollar da ölümlə, qanla suvarılan belə aforizmlərdən başlayır. İnsanların beyninə aşılanır ki, o, bu dünyaya taleyin diqtəsi ilə, nəyinsə, kiminsə naminə ölməyə gəlib və bu dünyada müvəqqətidir. Deməli, terror, adam öldürmək, qan tökmək müqəddəs missiya kimi, müqəddəs dəyərlər - din, millət, vətən uğrunda mübarizə kimi qələmə verilir. Və təlqin edilir ki, insan üzərinə yaradan tərəfindən qoyulan bu “müqəddəs” missiyanı nə qədər tez həyata keçirib əbədi dünyaya getsə, bir o qədər yaxşıdır. Çünki əbədi dünyada onu nazü-nemət, xeyir və bərəkət (detallarına varmırıq, amma hər inamda və ehkamda “daimi dünya”nın öz təsvirləri var) gözləyir. Amma qəribə və maraqlıdır ki, “kamikadze”liyi, fanatizmi insanlara təlqin edənlər, başda gedənlər özləri nazü-neməti, xeyir-bərəkəti yalnız bu dünyada axtarırlar, övladlarına və yaxınlarına da bu dünyada rəva görürlər.
Vətən uğrunda vuruşmaq, vətən torpağını qorumaq, vətən yolunda şəhid olmaq isə, təbii ki, lazımdır və qaçılmazdır. Əslində insanın cəsarəti, mərdliyi, qəhrəmanlığı da vətən uğrunda döyüş meydanında üzə çıxır. Amma bu, məqsəd deyil, bir vasitədir, yaşamaq, ailəni, millətini, vətənini qorumaq, yaşatmaq üçün bir vasitədir. Həzrəti peyğəmbər də buyurur ki, “İnsan 40 il oruc tutub, namaz qıla, yenə onun qazandığı savab bir gün dini, vətəni, namusu uğrunda vuruşan insanın qazandığı savabdan çox ola bilməz”. Klassik də deyir ki, “Torpağı qorumasan əkməyə, əkməsən qorumağa dəyməz”. Deməli, vətən torpağını yağılardan qorumaq üçün vuruşmaq, əkmək üçün salamat qalmaq vacibdir. Yəni vətən uğrunda ölmək yox, öldürmək lazımdır, vətən uğrunda şəhid olmaq yox, yaşamaq lazımdır.
Təbii ki, mən müqəddəs şəhidlik zirvəsinə kölgə salmaq niyyətində və qüdrətində deyiləm. Onsuz da hər kişi bir dəfə ölməlidir. Düşünürəm ki, hətta ölümün də öz gözəlliyi, gözəlliyin də öz ölümü var. Axı, sən evdə xəstəlikdən, küçədə avtomobil zərbəsindən də ölə bilərsən, amma cəbhədə millət marağı, vətən torpağı uğrunda ölüm nə qədər şərəfli, nə qədər gözəl ölümdür. Çünki, sən burda Vətən uğrunda şəhid olursan. Şəhidlər isə, deyilənə görə ölmür, Səməndər quşu kimi odun, külün içindən çıxıb (öz adları ilə, amalları ilə!) yenidən mübarizəyə qoşulur. Gözəlliyin ölümü isə daha sadədərir: Vətən torpağının düşmən tapdağına çevrilməsi gözəlliyin ölümüdür...
Sadəcə olaraq, demək istəyirəm ki, vətən uğrunda şəhidlik məqsəd ola bilməz, ən yaxşı halda vasitə ola bilər, amma bütün hallarda faciədir. Bir əsgərin ölümü isə adi faciə deyil, bir ailənin, bir kəndin faciəsi deyil, bütün millətin, ümumi vətənin faciəsidir. Çünki vətən torpağını qorumaq üçün vuruşan əsgər onu əkmək üçün salamat qalmalıdır. Axı, torpağı əkməsən qorumağa, qorumasan əkməyə dəyməz. Odur ki, əsgər ilk növbədə özünü qorumağı bacarmalı, vətən üçün vuruşmalı, vətən üçün yaşamalıdır…
MİA.AZ
"Bu "mədəni, savadlı" adamlar öz dilləri ilə pula işlədiklərini deyirlər" - Könül Aydın yazır
Hansı müğənnilər daha çox qazanır? - ADLAR
Məktəbəhazırlıq qruplarına qeydiyyata start verilir
İstanbulda meşəlik ərazilərə girişə qadağa qoyulub
Un bahalaşıb - Agentlik son qiyməti açıqlayıb
MIƏMURLARIMIZ ŞİMALİ KİPRDƏN SAXTA DİPLOM ALIB? - “Bugün Kıbrıs” yazdı, ortalıq qarışdı
"Fənərbağça" "Latsio" ilə yoldaşlıq oyunu keçirəcək
Ərdoğandan Almaniya kanslerinə İranla bağlı - Xəbərdarlıq
Əli Əsədov mühasiblərlə bağlı qərar verdi - Dəyişiklik
Azərbaycan neftinin qiyməti 2.24 dollar ucuzlaşdı
Məhkəmə “SalamNews” və “İnteraz”ın rəhbərinin şikayətinə "yox" dedi
Bu gün metro gecə ikiyə kimi işləyəcək
AZƏRBAYCANDA HEYRƏTAMİZ OLAY - Evə qonaq gələn şəxs arvadı ərinin yanında zorlamaq istəyib! - Vəkil elə şey açıqladı ki...
Mirvari Qəhrəmanlı: ""Azəriqaz"dakı struktur islahatları nəzarətə götürülməlidir" - "Rövşən Nəcəf, bu şəxsi kim işə götürəcək?" (YENİLƏNİB)
Türkiyədə avtobus qəzası - 12 yaralı var
Universitetdə buraxılış mərasiminə rəqqas gətirilib - FOTO
Türkiyənin daha bir şəhərində zəlzələ olub
İsrail Qumda binanı vurub - Ölən və yaralananlar var (FOTO)
BMT: "Jurnalistlərin müdafiəsi tam təmin edilməlidir"
“Kənd sağlamlığı günləri” adlı layihəinin icrasına başlanılıb
Əkrəm İmamoğlunun atasına məxsus ərazidə nə axtarılır? - "Övladlarının ciyərindən ət yesinlər, lakin..." (FOTOLAR)
Təl-Əvivdə partlayışlar olub
"RUS ƏSGƏRİNİN AYAQ BASDIQĞI HƏR YER BİZİMDİR" - "3-cü Dünya Müharibəsi ehtimalı böyükdür"
Donald Tramp dialoq qapısını açır: "İran həftələr sonra nüvə silahına sahib ola bilər"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naim və Erol Əzizov qardaşlarının milyonları... - Partiya sədri elə iddialar irəli sürdü ki...
"Fənərbağça" təkzib edir
İranda zəlzələ baş verib - 5,5 bal gücündə
İndoneziya prezidenti: "Açıq deyəcəyəm: Rusiya və Çin heç vaxt ikili standartlarla davranmır"
Sumqayıtda 40 yaşlı şəxsi bıçaqlayıblar
Axund 16 yaşlı qızı qaçırıb - Bakıda
Bako Sahakyan Bakıda hakim qarşısında sualları cavablandırır
İran XİN başçısından dünyaya çağırış: "İsrailə qarşı tədbir görün"
Hayfa meri: "İran iki strateji nöqtə vurub"
Britaniya İrandakı səfirlik işçilərini geri çağırıb
Deputatlar sabah toplanır - Hansı qanunlar müzakirə olunacaq?
İsrail və İran bir-birlərinə yenidən zərbələr endirir
Tələbələr narazılıq edir - TİKA isə oxu başqa istiqamətə yönəldir
Hacı Vəliyev haqqında həbs qətimkan tədbirinin müddəti uzadılıb
İCRA BAŞÇISI XALASI OĞLU OLAN HƏMKARININ HƏBSİNƏ BELƏ REAKSİYA VERDİ: "Nə deyim ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Abzas Media" əməkdaşlarına hökum oxundu - Məhkəmə prosesi
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bakının daha üç rayonunda prokuror təyinatı oldu