Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO

img

29-03-2024 [00:09]


Katolik dünyasının ruhani lideri Papa Fransisk qadın məhbusların ayaqlarını yuyub, daha sonra isə öpüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində 12 qadın məhbusla bir araya gələn Papa Fransisk “Müqəddəs Cümə axşamı” kimi tanınan gündə Romadakı Rebbibia həbsxanasına gedib.

Məlumata görə, o, burada italyan, rus, bolqar, nigeriyalı, ukraynalı, peru və bosniya-herseqovinalı olan 12 qadının ayaqqlarını yuyub, sonra onların ayaqlarından öpüb 

Xatırladaq ki, Həzrəti İsa çarmıxa çəkilməsindən bir gün əvvəl məhəbbətini göstərmək üçün 12 şagirdinin ayaqlarını yuyub. O vaxtdan bu ritual olaraq davam etdirilib. 

Onu da qeyd edək ki, martın 22-də Moskvada "Crocus City Hall" konsert salonunda baş verən terrordan sonra İtaliyada Pasxa ilə əlaqəli  təhlükəsizlik gücləndirilib.

Firudin Səfərli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR