Azərbaycanda taksilər yalnız iki rəngdə olacaq, ödəniş isə... - YENİ QƏRAR

img

28-03-2024 [16:50]


Azərbaycanda taksi minik avtomobilləri ağ və yaxud qırmızı rənglərdə olacaq.

Mia.az xəbər verir ki, bu, Nazirlər kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.

Məlumata görə, taksi minik avtomobilində sərnişinin daşınmasını bildirən xüsusi cihaz yerləşdirildikdə həmin cihaz avtomobilin alın şüşəsinin yuxarı sağ küncündə və yaxud taksi fənərinin yanında yerləşdirilməli, həmin avtomobilin boş və yaxud dolu olduğunu bildirməklə müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan olmalıdır.

Bundan başqa, taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminallar quraşdırılacaq.

Qərara əsasən, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR