YAP funksioneri: "Rusiya hökuməti belə addımlara biganə yanaşmamalıdır"
27-03-2024 [10:03]
"Azərbaycanın xarici siyasətinin prinsipləri dəyişməzdir. Bu prinsiplərin əsas məğzi ondan ibarətdir ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycan heç bir dövlətin daxili işlərinə müdaxilə etmir, eyni zamanda, özünün daxili işlərinə müdaxiləni yolverilməz sayır".
Bu fikirləri Mia.az-a YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, Rusiya-Azərbaycan əlaqələrinin hazırkı inkişaf səviyyəsi bu baxımdan bütün dünya dövlətlərinə nümunə ola bilər: "Artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksələn bu münasibətlər hazırda yeni istiqamətlər üzrə uğurla inkişaf edir. Ölkələrimizin mehriban qonşuluq və sarsılmaz dostluq münasibətlərinə söykənən əlaqələrinin inkişafında qarşılıqlı surətdə imzalanan sənədlərin hüquqi baza rolunu oynadığını nəzərə alanda Azərbaycan ilə Rusiya arasında 2022-ci ildə imzalanmış Müttəfiqlik haqqında Bəyannamənin əhəmiyyətinin özünü daha aydın şəkildə büruzə verdiyini görməmək mümkün deyil. Ümumilikdə Azərbaycan-Rusiya münasibətləri zəngin tarixə malikdir və xalqlarımızı yuxarıda qeyd etdiyim kimi, mehriban qonşuluq münasibətləri birləşdirir.
Şübhəsiz, bütün bunları qeyd etməyimiz səbəbsiz deyil. Məlum olduğu kimi, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında xeyli günahsız insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli terror aktı törədildi. Özü zaman-zaman erməni terrorundan əziyyət çəkən, daim beynəlxalq terrorizmə qarşı mübarizənin ön sıralarında olan, bu siyasətini sözdə deyil, əməldə sübut edən Azərbaycan xalqı və dövləti qonşu Rusiyada baş verən qanlı hadisəni böyük narahatlıq və ürək ağrısı ilə qarşıladı. Martın 24-də Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefon zəngi zamanı “Crocus City Hall” konsert zalında törədilmiş dəhşətli terror aktı nəticəsində xeyli sayda insanın həlak olması ilə bağlı öz adından və Azərbaycan xalqı adından ona, Rusiya xalqına, həlak olanların ailə üzvlərinə və yaxınlarına bir daha başsağlığı verdi, bütün yaralananların tezliklə sağalmasını arzuladı. Dövlət başçısı Azərbaycan tərəfinin bu dəhşətli terror aktını qətiyyətlə pislədiyini bildirərək ölkəmizin və xalqımızın bu ağır saatlarda Rusiyanın və Rusiya xalqının yanında olduğunu bəyan etdi. Prezidentlər gələcəkdə də beynəlxalq terrorizmə qarşı mübarizədə birgə səylərin davam etdiriləcəyini vurğuladılar".
Vüqar Rəhimzadə diqqəti rusiyalı teleaparıcı Vladimir Solovyovun növbəti dəfə iki ölkənin münasibətlərinə kölgə salmaq, xalqlarımız arasında gərginlik yaratmaq cəhdinə yönəldərək bildirib ki, bu üzdəniraq jurnalist terror aktında Azərbaycan izini axtarmaqla bir daha öz çirkin niyyətini nümayiş etdirib:
"Hadisəni törədən terrorçuların adlarının, milli mənsubiyyətlərinin məlum olmasına baxmayaraq, Solovyov məsuliyyətsizcəsinə həmin şəxslərdən birinin azərbaycanlı ola biləcəyi ilə bağlı əsassız ehtimal irəli sürür. Azərbaycan Mətbuat Şurası Vladimir Solovyovun qərəzli mövqeyini pisləyən bəyanatında bildirir ki, onun “Crocus City Hall”da törədilmiş terrora etnik fon verməsi azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə almaq, Rusiyada etnik münaqişəni alovlandırmaq, həmvətənlərimizə münasibətdə antipatiya yaratmaq cəhdidir. Bu şəxsin hansı dairələrin “sifarişlərini” yerinə yetirdiyi aydındır. Onun erməni əsillilər - rusiyalı jurnalist Marqarita Simonyanla və media maqnatı Aram Qabrielyanovla “işbirliyini” təsdiqləyən faktlar həm Rusiya, həm də Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Bəyanatda bu fakt da öz əksini tapır ki, bu “trio” hələ 2016-cı ildə ölkəmizi İŞİD terror təşkilatı ilə əlaqələndirməyə cəhd etmişdi. Solovyovun “Crocus City Hall” olayı ilə bağlı həqiqətdən uzaq, öz şəxsi maraqlarından irəli gələn mülahizələri də onun bugünədək apardığı qərəzli təbliğatın tərkib hissəsidir. Əsas məqsəd Azərbaycan-Rusiya münasibətlərinin hazırkı yüksək səviyyəsinə xələl gətirməkdir".
Baş redaktor onu da bildirib ki, Solovyov bu yanaşması ilə növbəti dəfə erməni təəssübkeşliyini qabarıq şəkildə nümayiş etdirmiş oldu: "Onun bu cəhdi təbii ki, Rusiya ictimaiyyətini, qonşu ölkənin cəmiyyətin güzgüsü funksiyasını yerinə yetirməli olan media nümayəndələrini ciddi düşündürməli, iki ölkənin münasibətlərinə xəlil gətirməyə yönələn belə addımlar qətiyyətlə pislənilməlidir".
Vüqar Rəhimzadə bu məqamı da xüsusi qeyd edib ki, Solovyovun ermənipərəst mövqe nümayiş etdirməsi birinci hal deyil: "Onun artıq tarixin arxivinə atılmış keçmiş Qarabağ münaqişəsinə yanaşmaları da qərəzdən başqa bir şey deyil. Jurnalistikanı şəxsi alver alətinə çevirən Solovyov kimi təxribatçı ünsürlər unutmamalıdırlar ki, mətbuat cəmiyyətin informasiya tələbatını qərəzə, inkara yol vermədən, obyektiv şəkildə ödəməlidir. Solovyovun fəaliyyətində obyektivliyin deyil, qərəzin və bundan yaranan əsassız ittihamların daha çox yer alması, ən əsası belə addımların davamlı xarakter daşıması müxtəlif sualların yaranmasına səbəb olmaya bilməz. Rusiya hökuməti belə addımlara biganə yanaşmamalıdır. Artıq Solovyovun informasiya təxribatlarının qarşısının alınması vaxtı gəlib çatıb. Azərbaycan Mətbuat Şurasının bəyanatında da Rusiya cəmiyyətində nəhayət, Vladimir Solovyova qarşı zəruri ictimai qınaq formalaşacağına, bu şəxsin əməllərinə layiqli hüquqi qiymət veriləcəyinə inam ifadə edilir".
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
Azərbaycan və Almaniya prezidentləri bağda gəzişərək səmimi söhbət ediblər - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"