Bu universitetin əcnəbi tələbələri kütləvi fahişəliyə cəlb olunub? - Sensasiyalı iddia (VİDEO)

img

27-03-2024 [09:40]


Türkiyənin 120 min əhalisi olan şəhərində tələbə qızlarla bağlı sensasiyalı iddialar yayılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Karabük şəhərində fəaliyyət göstərən BRTV rəhbəri Mehmet Çetinkaya Haberler.com-da Melis Yaşara müsahibəsində söz açıb.

O, Karabükdə fəaliyyət göstərən eyni adlı universitetin əsasən afrikalı qız tələbələrinin kütləvi fahişəliyə cəlb olunduğunu təsdiqləyib: "İndiyə qədər bunu şəhərdə ört-basdır etməyə can atıblar. Ancaq son aylar cinsi xətəliklərin sürətlə artmasından sonra bunu gizlətmə mümkün olmur. Faktdır ki, son illər şəhərə 12 mindən çox əsasən afrikalı əcnəbi tələbə axını baş verib. Bu isə kişik şəhərin demoqrafik bazasına da böyük təsir göstərir. Təbii ki, bu qədər axın balaca bir şəhər üçün böyük rəqəmdir. Əlbəttə, biz tələbə axınına qarşı deyilik. Ancaq öz ölkələrində savadı, keyfiyyəti olanların qəbulunu istəyir, gözləyirik. Təəssüf ki, elə gəncləri universitetə qəbul ediblər ki... 

Nəticə etibarı ilə şəhərin əxlaqı da, mühüti də sürətlə dəyişir. Artıq burada günlük yox, fahişəlik üçün saatlıq evlər açıq formada kirayəyə verilir. Bunlar Karabük Universitetinin fahişəliyə cəlb olunanları üçündür. Fahişəliyə, dediyim kimi, əsasən afrikalı qızlar cəlb olunub, ancaq aralarında əfqanıstanlı, suriyalı və başqa ölkələrdən olan qızlar da var. Saatlıq kirayə evləri də onlar məhz fahişələik üçün tuturlar. Onların çoxu da yoluxucu xəstəlik daşıyıcılarıdır...".

Xatırladaq ki, Türkiyə mətbuatı Karabükdə afrikalı qızların şəhərdə açıq-saçıq fahişəlik etdiyini yazırlar: "Artıq sosial mediada yüzlərlə belə iyrənc elanlar var...".

Məlumatda o da deyilir ki, bu səbəbdən şəhərdə IV (+) ve HPV (+) yoluxucu xəstəliklərin sayı da kıskin artıb.

Firudin Səfərli

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR