"Bizim futbol hücumu sevmir, daha çox müdafiəyə meyllidir" - Arif Əsədov

img

25-03-2024 [22:58]


"Bizim futbol hücumu sevmir, daha çox müdafiəyə meyllidir".

Mia.az xəbər verir ki, bu sözləri Bolqarıstan millisi ilə 12-1 hesablı oyundan sonra keçirilən mətbuat konfransında Azərbaycan yığmasının baş məşqçisi Arif Əsədov deyib.

Onun sözlərinə görə, bu oyunda qalib gəlməyə çalışıblar: "Bu oyunda çalışdıq ki, hücuma daha çox yer verək..."

Məşqçi son zamanlar Elvin Cəfərquliyevdə bir az yorğunluq və psixoloji narahatlıq olduğunu da sözlərinə əlavə edib: "Çalışırıq ki, onun da bu vəziyyətdən çıxmasına yardım edək".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR