İsrail BMT TŞ-nin atəşkəslə bağlı qərarını rədd etdi: "Atəş kəsilməyəcəyik, HƏMAS-ı yox edəcəyik"

img

25-03-2024 [21:59]


"İsrail atəşi dayandırmayacaq. HƏMAS-ı məhv edəcəyik".

Mia.az xarici mətbuata istnadla xəbər verir ki, bu bəynaatı  İsrail BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) Qəzzada dərhal atəşkəslə bağlı qərarına operativ münasibət bildirən İsrailin xarici işlər naziri Yisrael Katz deyib.

O, BMT TŞ-nin Qəzzada Ramazan ayı boyunca atəşi dayandırma qərarınə qəbuledilnməz sayıb: "HƏMAS məhv edilənə və son girov azad olunana qədər döyüşəcəyik".

Xatırladaq ki, bu gün BMT Təhlükəsizlik Şurası Qəzzada dərhal atəşkəslə bağlı qətnamə qəbul edib.

Əlcəzair, Ekvador, Qayana, Yaponiya, Malta, Mozambik, Cənubi Koreya, Sierra Leone, Sloveniya və İsveçrənin hazırladığı qətnamə layihəsi 15 üzvdən ibarət BMT TŞ-də layihəyə 14 ölkə “hə” deyib. ABŞ səsvermədə bitərəf qalıb.

Ou da qeyd edək ki, qətnamə layihəsində “daimi atəşkəs” ifadəsi olsa da, ABŞ-ın tələbi ilə bu, "müddətli atəşkəs"lə dəyişdirilib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR