Qəzzada atəşkəs: qanun layihəsi BMT-də qəbul edilib

img

25-03-2024 [19:45]


Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Qəzzada dərhal atəşkəs tələb edən qətnamə qəbul edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Əlcəzair, Ekvador, Qayana, Yaponiya, Malta, Mozambik, Cənubi Koreya, Sierra Leone, Sloveniya və İsveçrənin hazırladığı qətnamə layihəsi 15 üzvdən ibarət BMT TŞ-də bu gün az əvvəl səsə qoyulub.

Məlumata görə, qanun layihəsi 14 “hə” və 1 “bitərəf” səsi ilə qəbul edilib. ABŞ səsvermədə bitərəf qalıb.

Uzun sürən müzakirələrdən sonra qətnamə layihəsində “daimi atəşkəs” ifadəsi ABŞ-ın tələbi ilə "müddətli atəşkəs"lə dəyişdirilib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi isə buna etiraz edib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR